İzahlı lüğət

XEYİR-DUA

is. [ər.] Səadət, xoşbəxtlik, xoşgün, uğur diləyi. ..Qazı əvvəl başladı nəsihəti və xeyir-duasını; sonra nəçərnik özü başlayıb bir xütabə oxudu.. C.Məmmədquluzadə. Qayınatası da gəlinin üzünə qarşı xeyir-dualar söyləyəcəkdir. R.Əfəndiyev. Şəhid rütbəsinə qalxan cavanlar; Sinəsi hər zülmə qalxan cavanlar; Böyük Nəsiminin, ulu Babəkin; Xeyir-duasını aldı o gecə. Vahabzadə. □ Xeyir-dua vermək (demək, eləmək) - birinə səadət, xoşbəxtlik arzulamaq, uğurlar diləmək. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi. Ə.Haqverdiyev. Hüseynin anası xeyir-dua eləyə-eləyə oğlu ilə bərabər qapıdan çıxdı. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

XIX

XU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed