İzahlı lüğət

XAR2

sif. Zəlil, üzüqara, rüsvay, xəcalətli, pərt. Rüstəmbəy başını çarpayıya söykəyib, xar və zəlil bir halda sükuta getdi, gözləri yaşardı.. Çəmənzəminli. □ Xar etmək (eləmək, qılmaq) - hörmətdən salmaq, alçaltmaq, üzüqara etmək, başıaşağı etmək, xəcil etmək. Bunları mənimlə zar qılma; Bir neçə əzizi xar qılma. Füzuli. Xar etmə məni hicrin ilə, ey güli-bixar; Gülşəndə haçan gül eləyib xarə ədavət. S.Ə.Şirvani. Yalnız teatr sevgisi onları dost-düşmən yanında xar eləyir, ata-ana yanında başıaşağı edərdi. S.Rəhman. Xar olmaq - alçalmaq, hörmətdən düşmək, hörməti getmək, üzüqara olmaq. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi. [Naçalnik:] Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllər ilə özünüzü bədnam edib, ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

XAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed