İzahlı lüğət

ÜZ-GÖZ

is. Sifət, üz. [Nəbi:] Yazığın üzgözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. S.Rüstəm. [Səlim] üz-gözünə, pərakəndə saçlarına çırpılan suyu, qarı tər kimi silib, barmaqları ilə tüklərini bir az yığışdırdı. B.Bayramov. // Sir-sifət, zahiri sima, üzün ifadəsi. Üz-gözündən düz adama oxşamır.
□□ Üz-göz olmaq - münasibəti pozmaq, əlaqəsini kəsmək, düşmən olmaq. [Şərif:] Yox, Almaz, mən sənin üstündə bütün kənd ilə üz-göz olmuşam. C.Cabbarlı. Üz-gözünü turşutmaq - bax üzünü turşutmaq (“üz” də). Səfər.. üz-gözünü turşudub, arvadı Nisəxanıma dedi. S.Vəliyev. [Səməd] üz-gözünü turşudub otağa göz gəzdirirdi. I.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ÜN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed