İzahlı lüğət

ÜSTÜAÇIQ

1. sif. Üstü örtülməmiş, üstü açıq olan; damı, qapağı olmayan; açıq. [Qoşatxan:] [Xəstəni] üstüaçıq maşında xəstəxanaya aparmaq olmaz. M.İbrahimov. [Məntəqənin] qapı-pəncərələri və üstüaçıq taxta balkonları rənglənmişdi. Ə.Sadıq. // zərf Üstünə heç bir şey örtmədən, üstünə heç bir şey salmadan. [Sultan bəy:] Ay qız Telli, min kərə demişəm ki, mən yatanda gəl, mənim üstümü basdır, indi üstüaçıq yatmışam, deyəsən, belimə soyuq dəyibdir. Ü.Hacıbəyov.
2. zərf Açıq surətdə, açıq, gizlətmədən. [Bəhlul:] Nicat dayı məndən soyumuşdu, hərdən lap üstüaçıq şəkildə məni danlayırdı. Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed