İzahlı lüğət

TƏSDİQ

is. [ər.] Deyilən sözün, başqasının mülahizəsinin, yaxud bir sənədin, faktın və s.-nin gerçək olduğunu iqrar etmə, təsdiqləmə. // Yəqinlik. [Ağasəfər] pis xəbərin təsdiqini eşidəcəyindən qorxdu, qondarma bir vəcdlə ətrafına işarə edib dedi... Ə.Əbülhəsən. □ Təsdiq etmək - 1) bir şeyin gerçək olduğunu qəbul etmək; təsdiqləmək. [Sədr:] Məsələ aydındır, aldığımız materiallar vətəndaş Yaqut Niyaz qızının sözlərini təsdiq edir. Cabbarlı; 2) bir şeyin düzgünlüyünü rəsmiləşdirmək, qanuni şəklə salmaq. Diplomun surətini təsdiq etmək; 3) rəsmi olaraq qəti qərar çıxarmaq, qəti şəklə düşmüş hesab etmək. Gündəliyi təsdiq etmək. Tezisləri təsdiq etmək. Mövzunu elmi şurada təsdiq etmək. Əsəri çapa təsdiq etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed