İzahlı lüğət

ŞÖVQ

is. [ər.] 1. Şiddətli meyil, həvəs, arzu, istək. [Nuxulular] Molla İbrahim Xəlili bu halət ilə görməkdən vəch edib, şövqdən qayəm sövt ilə çağırırlar. M.F.Axundzadə. [Tahirzadə:] Məsmə bacı, qızın oxumağa çox can atır, çox şövqü var. Mir Cəlal. □ Şövqə gəlmək - həvəsə gəlmək, vəcdə gəlmək, ilhama gəlmək, ruhlanmaq. ..[Əmiraslan] şövqə gəlib sazını götürər, süzə-süzə çalardı. S.Rəhimov. Şövqə gətirmək - həvəsləndirmək, şövqləndirmək, vəcdə gətirmək, ruhlandırmaq, ilhamlandırmaq. Qanuni-əsasi arvadları o dərəcədə şövqə gətirib ki, dəxi gözləri naməhrəm kişiləri görmür. C.Məmmədquluzadə.
2. işıq. Eləmi sözü xoş; Kəmalı xoş, özü xoş; Aldı gözüm şövqünü; Xumar baxan gözü xoş. (Bayatı). Ay kimi şövq salıb ayna qabağın; Çoxların eyləyib divanə, Telli! Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed