İzahlı lüğət

QURŞANMAQ

f. 1. qayıd. Belinə qurşaq, kəmər və sairə bağlamaq. [Tükəz:] Yəni sən bu yaraqları qurşanıb, onlar ilə adam qorxudacaqsan? M.F.Axundzadə. Sizin ilə canlanır yeni əsrin həyatı; Qurşandığın silahla parlat bu kainatı. A.Şaiq.
məc. Girişmək, başlamaq, qoşulmaq, məşğul olmaq; bir işə həddindən artıq qapılmaq; özünə sənət etmək. [Şəhrəbanı xanım:] Sənin kimi cahıl uşaqlar subay qalmaqdan tamam yaman yollara düşər, oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Musanın nəvəsi qəzada qalıb, atasının ortağı ilə ticarətə qurşandı. Qantəmir. [Arvadlar] .. oxuyublar, işə girişiblər, kluba, iclasa qurşanıblar. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed