İzahlı lüğət

QEYD1

is. [ər.] 1. Qısa surətdə yazma. Bloknotda edilən qeydlər. - ..Gözləriyazı stolunun üstündəki qeydlərinə sataşdı. M.Hüseyn. // Kitab və s. haşiyəsində, yaxud altında edilən işarə və ya yazılan yazı. Səhifənin altında çoxlu qeyd var. // Bir şeyi hesaba almaq və ya qanuni şəklə salmaq üçün onu müəyyən qaydada dəftərə və s.-yə yazma. Qeyd zamanı Mahmud qızın tərəfindən, yoldaşı da oğlan tərəfindən vəkil olacaqdı. B.Talıblı. Qeyd etdirmək - dəftərə saldırmaq, yazdırmaq. Adını siyahıya qeyd etdirmək. Qeyd etmək - 1) yadda saxlamaq üçün qısaca yazmaq. Çıxışları qeyd etmək. Mühazirənin mühüm yerlərini qeyd etmək. Dəftərinə bəzi qeydlər etmək; 2) işarə etmək, yazmaq. Gecikənləri qeyd etmək. Gəlməyənlərin adını siyahıya qeyd etmək; 3) göstərmək, nəzərə çarpdırmaq, yada salmaq, söyləmək. Kütlələrin aktivliyini qeyd etməmək olmaz. - Bunların hamısı qabaqcıl adamlardır, - deyə katib iftixarla qeyd etdi. Ə.Sadıq. Qeyd olunmaq - 1) yazılmaq, siyahıda və s.-də öz adını yazdırmaq; 2) göstərilmək, işarə edilmək. Məktubun tarixi qeyd olunmamışdır. Qeydə alınmaq - bir yerə yazılmaq, siyahıya daxil edilmək. Qeydə almaq - bir yerə yazmaq, siyahıya daxil etmək. Ancaq mühəndislər bu ocağı qeydə almışdılar. Mir Cəlal.
2. Bir şey haqqında şifahi və ya yazılı qısa fikir. Lütfən, qeydlərinizi də bizə bildirsəniz, nəzərə alarıq. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed