İzahlı lüğət

MÜŞKÜL

[ər.] 1. sif. Çətin, zor, çətin başa gələ bilən, çətin həll edilə bilən. Müşkül hal. Müşkül məsələ. - Mən and içirəm ki, indiyədək “Tərcüman” qəzetinin sahibi bir belə müşkül işə rast gəlməyib. C.Məmmədquluzadə. // Ağır, dözülməz. Səbr eyləmək olarmı bu müşkül müsibətə. A.Səhhət. □ Müşkülə düşmək - çətinə düşmək, çıxılmaz vəziyyətə düşmək. Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah! Fəryadimə yet kim, yanıram atəşə, billah! M.Ə.Sabir. Müşkül etmək çətinləşdirmək, çətinə salmaq, ağırlaşdırmaq. Ta kuyi-yardə özümə mənzil etmişəm; Asan ikən özüm işimi müşkül etmişəm. S.Ə.Şirvani. Müşkül olmaq - çətin olmaq. Eşitmədinmi, könül, eşq müşkül olduğunu; Sənə bu müşkül işi kim dedi ki, bünyad et! Füzuli. Müşkül oldu çünki yol bulmaq onun imkanına; Göstərib lütfü-kərəm mən bəndeyi-fərmanına. M.P.Vaqif; // ağır olmaq, dözülməz olmaq. Elmsizlik bəlası müşkül olur, həqiqət. M.Ə.Sabir.
is. Çıxılmaz vəziyyət, ağır vəziyyət; düyün. Müşkülü həll etmək. - Sən tanıtdın bu ellərə ömrün yazını; Varlıqdakı hər müşkülün öz mənasını. S.Rüstəm. [Mahmud üçün] bu böyük müşküldən çıxmağa bir yol var idi, o da intihar! Çəmənzəminli.
məc. sif Ağır, çox. Bu məlul, müşkül vaxtında Nigarın küsməyi Koroğlunun ürəyini qubarlandırdı. “Koroğlu” .
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

MAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed