İzahlı lüğət

MƏŞĞUL

is. [ər.] Bir iş görən, bir işdə çalışan, iş görməkdə olan, bir işlə başı qarışıq olan. Müdir məşğuldur, qəbul edə bilməz. Nənəxanım Yetərlə söhbətə məşğul idi. Çəmənzəminli. [Sona Ümidə:] Görünür, çox ciddi məşğulsunuz.. B.Bayramov. □ Məşğul etmək - 1) başını qarışdırmaq, əyləndirmək. Yaşı otuzdan yuxarı olmasına baxmayaraq, [qadın] Zeynalı məşğul edə bilirdi. S.Hüseyn. Həbibin söhbəti Salamı məşğul edə bilmədi. Mir Cəlal; 2) fikrini yayındırıb işinə mane olmaq, vaxtını almaq, işindən ayırmaq. Məşğul olmaq - 1) bir sənəti olmaq, bir peşə sahibi olmaq, bir işdə işləmək. Müəllimliklə məşğul olur. Saatsazlıqla məşğul olmaq.
[Ümid katibə:] Mənim nə işlə məşğul olduğumla maraqlanırsınızsa, gedib öz gözünüzlə görə bilərsiniz. B.Bayramov; 2) bir iş görmək, başı qarışmaq, çalışmaq. Mütaliə ilə məşğul olmaq. - [Rəhim] bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib söhbətə məşğul olduq. Ə.Haqverdiyev. Dərviş cavab verməyib, çörək yeməyə yenə dəxi məşğul oldu. A.Divanbəyoğlu; 3) fikir vermək, maraq göstərmək. Uşaqları ilə məşğul olmaq. Ata-anası onunla yaxşı məşğul olmamışdır; 4) özünə, öz səhhətinə, canına, üst-başına və s. baxmaq, qeydinə qalmaq. Sən heç özünlə məşğul olmursan.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed