İzahlı lüğət

MƏHKUM

sif [ər.] 1. Haqqında məhkəmə tərəfindən hökm çıxarılmış, hər hansı bir cəzaya məhkum edilmiş. □ Məhkum etmək - haqqında hər hansı bir cəza hökmü çıxarmaq, cəza vermək. Ağır cəzaya məhkum etmək. - ..Belə ki, onu [məhkəmə] öz kəndindən Şamaxıya köçürüb orada həmişəlik yaşamağa məhkum edibdir. C.Məmmədquluzadə. Məhkum olmaq - məhkəmə tərəfindən müəyyən cəza almaq. Həbsə məhkum olmaq. - Məhkum olmuş bir canitək; Ağlayırdı yalvararaq. N.Rəfibəyli. // İs. mənasında. Dustaq, məhbus. Beş dəqiqə sonra məhkumlar bir-bir danışdırılıb keçdilər. Nəzərli. Nökərlər xanın əmrilə bir məhkumu gözünü çıxarmaq üçün çəkə-çəkə meydana gətirdilər. Ə.Sadıq.
məc. Itaət altında olan, asılı vəziyyətdə olan; hüquqsuz, tabe. Bakıda da qadınlar dörd divar arasında məhkum, məzlum, avam və cahil bir halda yaşayırdılar. H.Sarabski.
O, əzilən, məhkum ərəb deyil, artıq; O da çoxdan ayılmış! B.Vahabzadə. □ Məhkum etmək - itaət altına almaq, tabe etmək, asılı etmək. [Kamran:] Bunları bir də məhkum etmək mümkün deyildir. H.Nəzərli. Məhkum olmaq - itaət altına alınmaq, tabe edilmək. Məhkum olmuş xalqlar.
Məhvi, həlakı, yaxud iflası, pis gələcəyi labüd olan. Məhvə məhkum. - Əmək pərisi munisdi hər gəncə, hər ixtiyarə; İşsiz qalanlar, şübhə yox, məhkum idi səfalətə. H.Cavid. Gözəllik bir çiçək, məhkum solmağa; Soldurma boş yerə sən onu, gəlin! Ə.Cavad.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed