İzahlı lüğət

İKİƏLLİ

zərf Hər iki əllə, iki əlin iştirakı ilə, hər iki əlini işlədərək. Ikiəlli tutmaq. Ikiəlli yığmaq. - [Hacı Mehdi:] Guya məni qalxızıb ikiəlli vurdular yerə. Ə.Haqverdiyev. [Cəfər:] Elə bunu deməyimi gördüm, anam başıma ikiəlli qapaz salıb, başladı məni qarğışlamağa. E.Sultanov. [Aşıq Camal] ikiəlli ustadının əlindən tutub dodaqlarına qaldırdı, hörmətlə qocanın əlini öpdü. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed