İzahlı lüğət

HEKAYƏ

is. [ər.] 1. Rəvayət şəklində kiçik ədəbi nəsr əsəri. Mirzə Cəlilin hekayələri. - Ədibin kəskin publisist qələmi “Pir “ kimi çox realist bədii hekayədə də özünü göstərir. M.Arif. Konsertdən sonra radio ov haqqında maraqlı bir hekayə verdi. M.Rzaquluzadə.
2. Bax hekayət. [Uşaqları] gördükdə “qəbz” məsələsi başımda təzələndi və .. hekayə gəlib gözlərimin önündən keçdi. Çəmənzəminli. Maya hekayəsini qurtaranda doğrudan da ağlayan Səkinə ilə Pərşan bir daha onu qucaqladılar. M.İbrahimov. // Bir vaqiə, ya hadisəni nəql etmə, bir-bir danışma. □ Hekayə etmək - b a x hekayət etmək (“hekayət”də). Qız öz sərgüzəştini hekayə etməyə başlamışdı. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

HAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed