İzahlı lüğət

ƏNGƏL

is. 1. Bir şeyin başa yetməməsinə, ya təxirinə səbəb olan şey; maneə, çətinlik. [İblis:] Get, get, daha durma, artar əngəl. H.Cavid. Bu qüvvənin qarşısında heç bir əngəl dayana bilməz. S.Rəhman. □ Əngəl çıxarmaq (törətmək) - çətinlik törətmək, ləngitmək, mane olmaq. Məmləkət işinə əngəl törətmək üçün düşünən başları vurmaq lazımdır. M.S.Ordubadi. Əngəl çıxmaq - 1) maneə törəmək; 2) cəncəl çıxmaq. [Leyla:] Qorxuram, axırda çıxa bir əngəl; Deyəsən, başını girləyib əcəl. S.Rüstəm. Əngəl olmaq - bir şeyin başa yetməsinə, həyata keçməsinə mane olmaq, başa çatmağa, həyata keçməyə qoymamaq, çətinlik törətmək. Əngələ düşmək - çətin vəziyyətə düşmək; pis, xoşagəlməz bir işə dolaşmaq. ..Çünki özümüzün əngələ düşməməyimiz üçün amerikalı qızı müdafiə etmək qərarına gəlmişdim. M.S.Ordubadi. Əngələ salmaq - çətin vəziyyətə salmaq, pis, xoşagəlməz bir işə dolaşdırmaq. Başına əngəl açmaq - çətin vəziyyətə salmaq, cəncəl açmaq. [Əsgər:] Biçarə Gülçöhrənin başına əngəllər açdım. Ü.Hacıbəyov. [Səlim bəy:] Ah, Mahmud bəy, qoyma, qoyma qaçsınlar; Qaçıb başımıza əngəl açsınlar. S.Rüstəm.
2. dan. Azar, xəstəlik, yaxud nöqsan, çatışmazlıq mənasında. Malda əngəl var. Xanım, sizdən təvəqqe eləyirəm, oğlunuzun sözünə çox da qulaq asmayasınız, çünki onun əqlində bir az əngəl var. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed