İzahlı lüğət

DUZ-ÇÖRƏK

is. 1. Duz və çörək. Ağsaqqal-cavan, qoca-qarı, gəlin-qız hamı əllərində duz-çörək altdan-yuxarı çıxmağa başladı. Ə.Vəliyev.
məc. Yaşama vəsaiti, dolanacaq üçün zəruri olan şeylər; çörək, yemək-içmək.
□□ Duz-çörək basmaq - dostluğa zidd iş görmək, dostluğa xəyanət etmək, sədaqəti pozmaq. Duz-çörək gözündən gəlsin! - qarğış ifadəsi. [Sənəm:] Əlimlə sənə verdiyim duz-çörək sənin gözündən gəlsin! Ə.Haqverdiyev. Duz-çörək haqqı - and ifadəsi. Duz-çörək itirmək - edilən yaxşılıq qarşısında pislik etmək, yaxşılığı yaddan çıxarmaq, vəfasızlıq etmək. Duz-çörək kəsmək (bəzən “bir yerdə”, “bir süfrədə” sözləri ilə) - dostluq etmək. Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. S.S.Axundov. Onlar.. bir süfrədə oturub duzçörək kəsmişdilər. S.Rəhimov. [Ballı:] Biz Alxanla .. duz-çörək kəsmişik. İ.Əfəndiyev. Duz-çörək tökmək- b ax duz-çörək itirmək. [Hafizə xanım:] Mən duz-çörək tökən adamı saxlamaram. Ə.Haqverdiyev. Duzçörək yemək - b ax duz-çörək kəsmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DUD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed