İzahlı lüğət

ÇƏM-XƏM

is. dan. Naz, qəmzə, əzilibbüzülmə. Bilsə idim dözəməm mən nazına, çəm-xəminə; Heç qoyub üstümə bu adı, mən evlənməz idim! Ə.Nəzmi. [Ataş:] Qızların nazı, çəm-xəmi, umu-küsüsü, lap axırda da hirsi, hikkələri. Ə.Vəliyev.
□ Çəm-xəm etmək - 1) naz-qəmzə etmək, özünü naza qoymaq, əzilib-büzülmək. Xanım başladı çəmxəm eləməyə ki, mən oynamaq bacarmıram.. C.Məmmədquluzadə; 2) Boyun qaçırmaq, özünü naza qoymaq. [Xəlil:] Heç çəm-xəm eləmə, Xəlil ki bir işə girişdi, öldü var, döndü yoxdur. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ÇE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed