İzahlı lüğət

ÇAXMAQ1

is. 1. Odlu silahlarda zərb mexanizminin hissəsi; yay. Tapançanın çaxmağı. - Bütün ümidlərinin alt-üst olduğunu görən Vəli tüfənginin çaxmağını çəkdi. M.Hüseyn. Nişançılar isə .. silahlarım, xüsusən çaxmaqlarını təmizləyirlər.. Ə.Əbülhəsən.
2. Keçmişdə: çaxmaqdaşına vurub qığılcım çıxararaq qovu yandıran çox bərk daş, yaxud dəmir (polad) parçası. Qasım kişi çaxmağı daşa vurub qovu basır çubuğa. C.Məmmədquluzadə. [Hüseynəli əmi] ..dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı.. M.S.Ordubadi.
// Keçmişdə: od almaq üçün işlədilən çaxmaq, çaxmaqdaşı və qov bir yerdə. Çaxmaqla papirosu yandırmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed