İzahlı lüğət

BƏYƏNMƏK

f. 1. Zövqünə, ruhuna, təbiətinə uyğun gəldiyi üçün bir şeyi xoşlamaq; yaxşı bilib qəbul etmək, təqdir etmək; ürəyinə yatmaq. Bu parçanın rəngini bəyənmədim. Onun əsərini çox bəyəndilər. - [Molla Qasım] ...Güllücə kəndini bəyənib seçmişdi. S.S.Axundov. Bəyəndiyi qızlar [Məmmədbağıra] gəlməyirdi. S.Hüseyn. Xəlil onun sözlərini bəyənib güldü və qadına tərəf baxdı. M.Hüseyn.
Məqbul, yaxşı, düzgün hesab etmək, tərifə layiq görmək, bir şey haqqında yaxşı fıkirdə olmaq. Onun sözlərini hamı bəyəndi. İclas irəli sürülən təklifləri bəyəndi.
Saymaq. O heç kəsi bəyənmir.
Özünü bəyənən - başqasını saymayan, bəyənməyən; mütəkəbbir, lovğa, özü haqqında böyük fikirdə olan.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed