Sizin hazırki nikiniz (ləğəbiniz)

Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1875

Hər kənddən bir dəli, Kələxanıdan qabağuva gələni.

Atalar sözü ID - 1876

Hər kəs ocağın odun özünə sarı eşər.

Atalar sözü ID - 1877

Hər kəs öz arşını ilə ölçər.

Atalar sözü ID - 1878

Hər kəs öz evinin nökəridi.

Atalar sözü ID - 1879

Hər kəs öz əkdiyin biçər.

Atalar sözü ID - 1880

Hər kəs öz ölüsünü oxşayar.

Atalar sözü ID - 1881

Hər kəsin bir dərdi var, dəyirmançının da su dərdi.

Atalar sözü ID - 1882

Hər kəsin qarğası özünə bir qırğıdır.

Atalar sözü ID - 1883

Hər kəsin ölüsü öz bacasına gələr.

Atalar sözü ID - 1884

Hər kəsin tüstüsü öz bacasından düz çıxar.

Atalar sözü ID - 1885

Hər kimin bağı var, ürəyində dağı var.

Atalar sözü ID - 1886

Hər kişi gücünə görə yük götürər.

Atalar sözü ID - 1887

Hər kişinin arşınına görə bez verməzlər.

Atalar sözü ID - 1888

Hər qaranlığın bir aydınlığı var.

Atalar sözü ID - 1889

Hər quşa öz yuvası istidi.

Atalar sözü ID - 1890

Hər oxuyan Molla Pənah olmaz.

Atalar sözü ID - 1891

Hər saatın bir hökmü var.

Atalar sözü ID - 1892

Hər saqqaldan bir tük çəksən, kosaya da bir saqqal olar.

Atalar sözü ID - 1893

Hər səbrin axırı var.

Atalar sözü ID - 1894

Hər sözün bir məqamı (yeri) var.

Atalar sözü ID - 1895

Hər su keçid verməz.

Atalar sözü ID - 1896

Hər sürüdən qurdun öz payı olar.

Atalar sözü ID - 1897

Hər şey nazikliyindən sınar, insan yoğunluğundan.

Atalar sözü ID - 1898

Hər şey öz əslinə çəkər.

Atalar sözü ID - 1899

Hər şey öz vaxtında bitər.

Atalar sözü ID - 1900

Hər şey vaxta baxar, vaxt bir şeyə baxmaz.

Atalar sözü ID - 1901

Hər şeyə nəzər dəyər, ağıldan başqa.

Atalar sözü ID - 1902

Hər şeyi vaxtında əksən, dürr bitər.

Atalar sözü ID - 1903

Hər şeyin erkəyi keçər, sözün - dişisi.

Atalar sözü ID - 1904

Hər şeyin təzəsi, dostun köhnəsi.

Atalar sözü ID - 1905

Hər uzanan ələ halva verməzlər.

Atalar sözü ID - 1906

Hər yana yaxın, paşa qapısından uzaq.

Atalar sözü ID - 1907

Hər yerin dovşanını o yerin tazısı tutar.

Atalar sözü ID - 1908

Hər zalımın bir günü var.

Atalar sözü ID - 1909

Hər ziyanlıq adama bir ağıl öyrədir.

Atalar sözü ID - 1910

Hərbədən qorxma; it qorxusundan hürür.

Atalar sözü ID - 1911

Hərəkət səndən, bərəkət Allahdan.

Atalar sözü ID - 1912

Həsiri oğurlayıb məscidə salır.

Atalar sözü ID - 1913

Həya imandandı.

Atalar sözü ID - 1914

Həya üzdə bir qətrə sudu.

Atalar sözü ID - 1915

Həyalı qızarar, həyasız ağarar.

Atalar sözü ID - 1916

Həyası olmayanın imanı da olmaz.

Atalar sözü ID - 1917

Həyasız atlını atdan salar.

Atalar sözü ID - 1918

Həyasıza salam ver, keç!

Atalar sözü ID - 1919

Həyasızda insaf olmaz, insafsızda həya.

Atalar sözü ID - 1920

Hikmətdən sual yoxdu.

Atalar sözü ID - 1921

Hirs gələndə göz qızarar, hirs gedəndə üz.

Atalar sözü ID - 1922

Hirs ilə qalxan ziyan ilə oturar.

Atalar sözü ID - 1923

Hiylə ilə tikilən ev bahana ilə yıxılar.

Atalar sözü ID - 1924

Hiyləgər dil xəncərdən qorxuludur.

Bu səhifə 115 dəfə baxılıb

Bağla