Sizin hazırki nikiniz (ləğəbiniz)

Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 252

Allah böyüklərin xasiyyətini kəssin.

Atalar sözü ID - 253

Allah bu əli o ələ möhtac eləməsin.

Atalar sözü ID - 254

Allah buynuzsuz qoçun qisasın buynuzlu qoçda qoymaz.

Atalar sözü ID - 255

Allah dağına baxar qar yağdırar.

Atalar sözü ID - 256

Allah demiş: səndən hərəkət, məndən bərəkət.

Atalar sözü ID - 257

"Allah" deyən namurad qalmaz.

Atalar sözü ID - 258

Allah dərdi çəkənə verir.

Atalar sözü ID - 259

Allah dəvəyə qanad versəydi, dam-divarı yıxardı.

Atalar sözü ID - 260

Allah əli hamı əldən ucadır.

Atalar sözü ID - 261

Allah əsilsizə düşürtməsin.

Atalar sözü ID - 262

Allah əyməyəni bəndə əyə bilməz.

Atalar sözü ID - 263

Allah haqqı nahaqqa verməz.

Atalar sözü ID - 264

Allah ilanın əməlin bilib, ayağın qarnında yaradıb.

Atalar sözü ID - 265

Allah istəyən danaya qurd dəyməz.

Atalar sözü ID - 266

Allah kasıbdan kəsər, varlıya verər.

Atalar sözü ID - 267

Allah kərimdi, quyusu dərindi.

Atalar sözü ID - 268

Allah qarğa deyil ki, göz oya.

Atalar sözü ID - 269

Allah qonağının öz qisməti var.

Atalar sözü ID - 270

Allah min dərd verib, min bir dərman.

Atalar sözü ID - 271

Allah möminə hər şeyi bağışlar.

Atalar sözü ID - 272

Allah ona qotur versin, dırnaq verməsin.

Atalar sözü ID - 273

Allah sağ gözü sol gözə möhtac eyləməsin.

Atalar sözü ID - 274

Allah saxlayanı qurd yeməz.

Atalar sözü ID - 275

Allah tənbəli sevməz.

Atalar sözü ID - 276

Allah var, rəhmi də var.

Atalar sözü ID - 277

Allah verəndə bacadan da tökər.

Atalar sözü ID - 278

Allah verəndə yox yerdən də verər.

Atalar sözü ID - 279

Allah verəndə peyğəmbər də üstünə bir çəngə atar.

Atalar sözü ID - 280

Allah verib Pirim koxaya; arvad qısır, qızı boğaz.

Atalar sözü ID - 281

Allah verməyənə peyğəmbər neyləsin?!

Atalar sözü ID - 282

Allah verməz qara quluna, o da qalar vuruna-vuruna.

Atalar sözü ID - 283

Allah vuran ağacın səsi çıxmaz.

Atalar sözü ID - 284

Allah yolunda yox, şeytan yolunda çox.

Atalar sözü ID - 285

Allaha da özünü pilov yeyən tanıt.

Atalar sözü ID - 286

Allaha inanmayana bəndələr də inanmaz.

Atalar sözü ID - 287

Allahdan buyruq, ağzıma quyruq.

Atalar sözü ID - 288

Allahdan gizlin deyil, bəndədən nə gizlin.

Atalar sözü ID - 289

Allahdan qorxmaz, bəndədən utanmaz.

Atalar sözü ID - 290

Allahdan nə gəlsə xoşdur.

Atalar sözü ID - 291

Allahın bəd nəzərdən xəbəri yoxdur.

Atalar sözü ID - 292

Allahın yarası da var, çarası da.

Atalar sözü ID - 293

Allahsız yerdə otur, böyüksüz yerdə oturma.

Atalar sözü ID - 294

Alma öz ağacından uzaq düşməz.

Atalar sözü ID - 295

Almanı at göyə, yerə gəlincə ya qismət.

Atalar sözü ID - 296

Alovdan çıxdıq, yalova düşdük.

Atalar sözü ID - 297

Alt daşı ağır olar.

Atalar sözü ID - 298

Altın həsir, üstün həsir, yat, yetim, tərləyəsən!

Atalar sözü ID - 299

Altın görmədiyin qabdan su içmə.

Atalar sözü ID - 300

Aman deyənə əl qaldırmazlar.

Atalar sözü ID - 301

Ana bala ucundan canını oda yaxar.

Bu səhifə 133 dəfə baxılıb

Bağla