Sizin hazırki nikiniz (ləğəbiniz)

Sevinc Niftiyeva yaradıcı müəllim kimi

Hər bir elm sahəsini öz incəlikləri olduğu kimi, onun dəiİn qatlarnda mövcud olan möcüzəsi də vardır. Ona görə dərin qatlarında deyirəm ki, möcüzəni görmək və onu aşkara çıxarıb təqdim eləmək heç də asan deyildir. Şübhəsiz ki, tədris etdiyi fənnin incəliklərini-möcüzəsini şagirdinə təqdim eləmək müəllimin ustalığından, bilik və bacarığından, eyni zamanda öz işinə bəslədiyi məhəbbətindən asılıdır. Şirvan şəhərindəki 9№li tam orta mktəbin riyaziyyat müəllimi Sevinc Niftiyevanın Yanvarın 14-da 5-ci sinifdə «Onluq kəsrlərin natural ədədlərə vurulması» mövzusunda keçdiyi açıq dərsdə də müəllim şagirdlərini, eləcə də dərsi dinləyənləri riyaziyyatın sehirli aləminə qərq eləməklə, möcüzələr dünyasına aparmışdı.

Açıq dərsdə Şirvan şəhər təhsil Şöbəsi Metodiki kabinetinin direktoru Elçin müəllim, məktəbin direktoru Əlizadə Hüseynov, «Təhsil və zaman» qəzetiin redaktoru Böyükağa Mikayıllı, məktəbin, eləjə də şəhərin digər təhsil ocaqlarından müəllimlər iştirak edirdilər. Müəllim hələ motivasiyanı qoyarkən dinləyicilərdə belə bir təəssürat yarandı ki, onlar maraqlı dərsə şahidlik edəjəklər. 45 dəqiqə həqiqətən də belə davam elədi. Bəs maraq doğuran nə idi? Müəllim motivasiyanın qoyuluşunda onluq kəsr, mərtəbə vahidi və natural ədəd olmaqla bir neçə onluq ədəd və bu ədədlərin fonunda çəkij şəkli təqdim elədi. Əslində bununla sinfə çağırış elədi ki, mövzu onluq kəsrin natural ədədə və mərtəbə vahidinə vurulmasıdır. Şagirdlər prolemin nədən ibarət olduğunu müəyyənləşdirdilər. Qeyd edim ki, müəllim iş forması kimi qruplarla və kollektiv iş formasından istifadə elədi. Sinif öncədən qruplara bölünmüşdü. Beş qrupun hər biri rəqəmlə adlandırılmışdı.

«Toplama əməlini vurma ilə əvəz etsək, 1,5+1,5+1,5+1,5 ifadəsini nejə hesablaya bilərik?» tədqiqat sualı şagirdlərə təqdim olunduqdan sonra işçi vərəqləri paylandı. Qruplar öz liderlərini müəyyən edərək tədqiqat sualı ətrafında işləməyə başladılar. Müşahidələrimə əsasən deyə bilərəm ki, müəllim sinfidə işgüzar mühit yarada bilmişdi. Qrup üzvlərinin hər biri verilmiş ayrıja tapşırıqlar üzərində jiddi əməkdaşlıq şəraitində işləyirdilər. Ümumiyyətlə, sinifdə əməkdaşlıq mühitinin yaradılması fikrimjə, müəllimin ən böyük uğurlarından biridir. Əməkaşlıq şəraitində işləməyi bajaran şagird ümumiyyətlə, bu hisslərlə böyüyərsə, bu onun həm də bir şəxsiyyət kimi yetişməsində müstəsna rola malik ola bilər. Sevinc Niftiyevanın təqdim etdiyi dərsdə ilk növbədə diqqətimi jəlb edən məqam məhz bu oldu. Digər bir məqam isə qeyd etdiyim kimi, həvəsləndiriji mühitin təmin olunması idi. Belə bir təəssürat yaranırdı ki, bir neçə nəfəri çıxmaq şərtilə sinifdə hamı riyaziyyatı öyrənməyə maraq göstərir. Sözsüz ki, bunu da müəllimin uğuru hesab eləmək olar. Axı, sinfin böyük əksəriyyətində tədris etdiyin fənnə maraq oyatmaq heç də asan deyil, həm də ki, bu fənn riyaziyyat ola…

Əməkdaşlıq və həvəsləndirici mühit şagirdlərin cavablarında da özünü göstərdi. Adətən dərslərin əksəriyyətində müşahidə edirik ki, qrupun cavablarını qrup liderləri təqdim edir. Amma Sevinc Niftiyeva burada bir qədər fərqli yanaşma nümayiş etdirmişdi. Cavabların təqdimatında qrupun lideri ilə yanaşı, həmin qrupun digər bir şagirdi də iştirak edirdi. Bu da dərs prosesini yeknəsəklikdən uzaqlaşdırır, prosesin canlanmasına yol açırdı. Ümumiyyətlə, Sevinc Niftiyevanın dərsində diqətimi cəlb edən ən əhəmiyyətli məqam dərsin ekspromt keçirilməsi idi. İştirak etdiyimi açıq dərslərin böyük əksəriyyətində müşihidə etdiyim öncədən hazırlıq, əzbərçilik burada yox idi. Müəllim bu dərsə də gündəlik keçdiyi dərslərin davamı kimi yanaşmışdı. Hər şey öz təbii axarında davam edirdi. Sünilik hiss olunmurdu. Şagirdin sualları düzgün cavablandırması da, haradasa səhv etməsi də təbii prosesin nəticəsi kimi meydana çıxırdı. Əslində bu, mövzunun yüksək səviyyəsidə mənimsədilməsində ən optimal yoldur. Axı, şagirdi əzbərçiliklə deyil, səhvlərini düzəldə-düzəldə öyrətmək mümkündür. Elə əməkdaşlıq da bu mühitdə tam mənası ilə meydana çıxır. Kimsə səhv edir, kimsə onu aradan qaldırmaqda yoldaşına yardımçı olur. Kimsə suala doğru javab verir, kimsə onun cavabını daha da təkmilləşdirir. Nəticə etibarilə sinifdə mövzunu mənimsəmək üçün əsl pedaqoci-psixoloci mühit yaranır. Sözsüz ki, müşihidə etdiyimiz dərsdə də biz bunun şahidi olduq. Həm də onun şahidi olduq ki, 15 ildən artıq pedaqoci təcrübəyə malik olan Sevinc Niftiyevanın pedaqoci-metodiki hazırlığı sinfi yüksək səviyyədə idarə etməkdə, öz biliklərini optimal şəkildə mənimsətməkdə ona yardımçı olur. O, prosesi elə nizamlamışdı ki, dərsin hər bir dəqiqəsindən səmərəli istifadə olunsun, eləcə də problem ətrafında daha çox şagird işə cəlb olunsun.

Hər kəs bu və ya digər formada öz fikrini ifadə edə bilsin. Aytac Əliyeva, Vüqar İsmayılzadə, Qulam Əliyev, Xudaverdi, Əzizağa, İzzət Fətullayeva, Həsənağa, Türkan Şıxəliyeva, Rəşad Mənsimov, Əfsanə Quliyeva, Fəridə Ağammədova dərs prosesində daha öndə getməyə çalışırdılar. Əlbəttə ki, dərs prosesində yaradıcı işləmək, qoyulmuş problemlərin həllində yaradıcı mövqe tutmaq asan deyil. Amma fikrimcə Sevinc Niftiyevanı yaradıcı işləməyi bacaran müəllim hesab etmək olar. Birincisi, müəllimin suallarının qoyuluşundan və dərs prosesində şagirdlərini yaradıcı işləməyə həvəsləndirməsindən bu nəticəyə gəlmək mümkündür. İkincisi, o, dərs posesini informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə məharətlə uzlaşdıra bilirdi. Bir sözlə, İKT əməlli-başlı dərs prosesini optimal yerinə yetirməkdə müəllimin yardımçısı kimi çıxış edirdi. Bu, daha çox nəticə və ümumiləşdirmədə, yaradıcı tətbiq etmədə müəllimin köməyinə gəlirdi.

Müəllimin köməyinə gələn digər bir vasitə isə seçdiyi optimal iş üsulları, eləcə də inteqrativ mühiti təmin etməsi idi. Ümumiyyətlə, «Beyin həmləsi», «Müzakirə» üsulları onluq kəsirlərin natural ədədlərə vurulması mövzusunda səmərəli üsul sayıla bilər. Nejə ki, müəllim məhz bu üsulların vasitəsilə dərsini maraqlı qurmağı, məqsədinə nail olmağı bajardı. Şagirdlər müşahidə etdiyimiz kimi, toplama əməlini vurma əməli ilə əvəz etməyi, onluq kəsrlərin natural ədədə, mərtəbə vahidlərinə vurulması bacarıqlarına yiyələndilər. Dərsin qiymətləndirilməsi mərhələsində də müəllim müasir təlim texnologiyalarının tələblərinə əməl elədi. Və burada da açıq dərs standartlarından kənara çıxdı. Müşahidə etdiyim açıq dərslərin böyük əksəriyyətində müəllim şagirdlərin hamısını yüksək qiymətləndirir. Burada isə belə olmadı. Proses necə öz axarında getmişdisə, eləjə də tamamlandı. Hərə öz qiymətini aldı və heç də hamı əla almadı. Dərsin sonunda müəllim «Möcüzələr aləmi» adlı maraqlı slayd nümayiş etdirdi. Slayadlar, doğrudur, maraqlı idi. Burada dünyanın 7 möcüzəsindən bəhs olunur və onların riyaziyyatla əlaqəsi meydana qoyulurdu. Diqqət çəkən məqam o idi ki, müəllim riyazi biliklərlə yüklənmiş şagirdləri dünyanın möcüzələri ağuşunda yeni-yeni biliklər əldə etməyə ruhlanırırdı.Onların hər birinin «Alqı satqı mərkəzlərindən verilən qəbzlər üzərində hesablama aparmaq» tapşırığı üzərində həvəslə işləyəjəklərinə şübhə yeri qalmırdı.

Böyükağa MİKAYILLI

Dostlarınızla paylaşın!

Bu səhifə 155 dəfə baxılıb

Öz şərhinizi yazın

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq.

.....