Sizin hazırki nikiniz (ləğəbiniz)

Öz fənnindən “2” alan müəllimlərin aqibəti həll olundumu?

384-oz-fenninden-2-alan-muellimlerin-aqibeti-hell-olundumu-1
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 13 nömrəli Sərəncamından sonra bu istiqamətdə həyata keçirilən islahatların miqyası genişləndirilib.
Ölkədə təhsilin keyfiyyətinin artırılması və sürətli yüksəlişinə nail olmaqdan ötrü Dövlət Strategiyasında nəzərdə tutulan istiqamətlər üzrə ciddi islahatlara başlanılıb. Təhsil üzrə müəyyən edilən 5 başlıca strateji istiqamətdən biri - təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması və müasir təlim metodlarından istifadə edən yeni təhsilverənlərin formalaşdırılması prosesini ləngidən səbəblərin aradan qaldırılmasına yönələn ciddi addımlar atılıb. 
2014-cü ildən başlayaraq ölkəmizdə həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi məhz həmin addımlardan biridir.

Müəllimlərin səviyyəsi üzrə ümumi mənzərə
Ölkəmizdə 2 ildir davam edən proses artıq yekunlaşmaq üzrədir. Son mərhələdə - Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən məcburi köçkün rayonlarının məktəblərində çalışan 5000-ə yaxın müəllimin qiymətləndirilməsi həyata keçirilir. İmtahanlara qeyd edilən rayonlarla yanaşı, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən namizədlər də cəlb olunublar. 
Proses tamamilə başa çatdıqdan sonra müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı konkret rəqəmlər əsasında danışmaq mümkündür. Lakin indidən ümumi mənzərə aydınlaşıb. İlkin hesablamalar müəllimlərin bir qisminin qiymətləndirmədə nəinki yeni təhsil proqramlarının tətbiqi, hətta öz ixtisası üzrə də ürəkaçan nəticələr əldə etmədiyini deməyə əsas verir. Bu sahədə ciddi müşahidə, sorğu və təhlilləri olan “Təhsil xidmətləri” Mərkəzinin rəhbəri Kamran Əsədovu müəllimlərin xüsusən ixtisas fənnindən göstərdiyi nəticələr təəccübləndirib: “Xoş olmayan nəticədir ki, qiymətləndirmədə iştirak edən müəllimlərin 30 faizi ixtisas fənnindən minimum nəticə göstərib. İmtahanda təqdim olunan 40-ı ixtisas, 20-si isə kurikulumdan olmaqla, cəmi 60 suala verilən cavablar kifayət qədər aşağıdır. Xüsusən, ixtisasa aid 40 sualdan 4-5-nə cavab vermək keçid balını toplamaq deməkdir. Buna baxmayaraq, həmin minimum cavabı belə verə bilməyən müəllimlərin olması heç də yaxşı hal deyil”. 
Ekspertin qənaətinə görə, diaqnostik qiymətləndirmədə uğurlu nəticə göstərənlərin faizi çox aşağıdır: “Prosesin əvvəllərində belə məlumatlar daxil olurdu ki, yüksək səviyyədə nəticə göstərən müəllimlər ümumi müəllimlərin 18 faizini, yaxşı nəticə göstərənlər 57 faiz təşkil edib. Qalanı isə ixtisası üzrə sadə sualların 50 faizinə belə cavab verə bilməyənlərdir. Lakin indi ümumi qənaətimiz belədir ki, yüksək nəticə göstərənlərin faizi bundan da aşağıdır”. 
384-oz-fenninden-2-alan-muellimlerin-aqibeti-hell-olundumu-2
Məzunların səviyyəsinin aşağı olmasının səbəbi bəlli oldu 
K.Əsədov müəllimlərin keyfiyyət göstəricilərindən birbaşa asılı olan məqamlara diqqət çəkib: “Təsəvvür edin ki, ixtisas fənnindən minimum biliyə malik olmayan müəllim dərsdə necə maksimum nəticə göstərə bilər? 2016-cı ilin buraxılış imtahanlarında IX və XI sinif şagirdləri arasında 35 min nəfərin ana dilindən “2” almasını müzakirə edirik. Ancaq bilməliyik ki, şagirdlərin bu nəticəni göstərməsi tamamilə normaldır. Axı onların müəllimləri də bu biliyə malikdir. Müəllim nə öyrədibsə, şagird də onu ortaya qoyur”. 
Təhsil üzrə ekspert daha bir maraqlı məqama diqqət çəkib. Onun fikrincə, abituriyentlərin verdiyi imtahanlara salınan suallar müəllimlərin qiymətləndirilməsi məqsədi ilə istifadə edilənlərdən daha çətindir: “Nəzərə almaq lazımdır ki, diaqnostik qiymətləndirmədə istifadə olunan suallar Dövlət İmtahan Mərkəzinin buraxılış və qəbul imtahanlarında tərtib etdiyi tapşırıqlardan daha asandır. Bir maraqlı faktı qeyd edim. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi tədbirlərdən birində qeyd edildi ki, Azərbaycan dili fənni üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarını müəllimlərə veriblər. Müəllimlərin 70 faizi həmin sualları cavablandıra bilməyib”. 
Kim, nə təklif edir?
Beləliklə, mənzərə göz önündədir. Müəllimlərin bir qismi nəinki müasir təhsilin tələb etdiyi parametrlər üzrə, illərdir ki, dərs dediyi ixtisas üzrə də minimum biliyə malik deyillər. Eyni cəmiyyətin üzvü olan hər kəs həmin müəllimlərin fəaliyyətinin nəticəsini hiss edir. Çünki onlar yetişməkdə olan nəsillə birbaşa əlaqədədir. Demək ki, onların fəaliyyəti hər birimizi maraqlandırmalıdır. Məktəbə uşaq göndərən valideyn qədər gələcəyini məhz təhsilin keyfiyyətində axtaran vətəndaş da narahatdır. Olmalıdır da. Axı, söhbət bütün ölkə üzrə müəllimlərin böyük bir qismindən gedir. Hansı ki, həmin müəllimlər hər birimizin gələcəyinə təsir göstərir. Bəs, hansı tədbirlər görülməlidir? Təhsil Nazirliyi daha sərt addımlar atmalıdırmı? Ən əsası, biz yetişdirdiyimiz nəslin gələcəyini, inkişafını kimlərin əlinə təslim etmək istəyirik?
K.Əsədov belə müəllimlərin onun övladına dərs deməsinin qəti əleyhinədir: “50 faizdən aşağı nəticə göstərən müəllimlər təhsil müəssisəsindən uzaqlaşdırılmalıdır. Mən istəmərəm ki, övladıma öz ixtisasından minimum bilikləri belə olmayan şəxs dərs desin”.
K.Əsədovun vətəndaş, təhsil eksperti və valideyn olaraq təklif etdiyi çıxış yolları isə sərtdir: “Azərbaycan dili, xarici dil, ibtidai sinif, tarix, coğrafiya, riyaziyyat müəllimlərinin nəticələri 20 faizdən aşağıdırsa, onları təkmilləşmə kurslarına cəlb etməyə ehtiyac yoxdur. Onlar işdən birbaşa azad edilməlidir. Əmək Məcəlləsinin tələbinə uyğun olaraq, həmin müəllimlərlə əmək müqaviləsinə xitam verilməli, yerləri vakansiyaya çıxarılmalıdır. Onların yerini daha dinamik, daha perspektivli müəllimlər tutmalıdır. Bu, sosial ədalətin bərpa olunması baxımından da önəmlidir. Arzulayırlarsa, yenidən imtahana qatılaraq yüksək nəticə göstərib həmin yeri yenidən qazansınlar. Hesab edirəm ki, diaqnostik qiymətləndirmədə minimum tələbləri belə ödəyə bilməyən müəllimə güzəşt etmək gələcəyimiz üçün potensial təhlükə yaratmaqdır. Ümid edirəm onlar barədə ciddi nəticələr götürüləcək”.
384-oz-fenninden-2-alan-muellimlerin-aqibeti-hell-olundumu-3
Diaqnostik nəticələr - əsas qiymətləndirmə aləti 
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi E.Bağırov da hesab edir ki, qiymətləndirmənin nəticələri mütləq nəzərə alınmalıdır: “Həm diaqnostik qiymətləndirmənin keçirilməsi qaydaları ilə bağlı təşkil edilən tədbirlərdə, həm nazirlik əməkdaşlarının yerli təhsili idarəetmə orqanlarında görüşlərində səsləndirdiyimiz tövsiyə və tapşırıqlarda qeyd edirik ki, diaqnostik qiymətləndirmənin nəticələri müəssisə rəhbərlərinin əlində əsas qiymətləndirmə aləti olmalıdır. Dərs bölgüsü aparanda, mükafatlandırma tədbirlərində həmin nəticəni göz önündə tutmalıdır. Təbii ki, yüksək nəticə göstərənlər aşağı nəticə əldə edənlərlə müqayisədə daha çox dərs yükü ilə təmin olunmalıdır. Bu da müəllimin sosial rifahına təsir edən amillərdən biridir”. 
E.Bağırov da bu qənaətdədir ki, minimum balı toplaya bilməyən müəllimlərin dərs yükü azaldılmalı və onlar tədris prosesindən uzaqlaşdırılmalıdır: “Qiymətləndirmənin nəticələri göstərir ki, keçid balından aşağı, minimum bal toplayan müəllimlərin sayı az deyil. 10 baldan aşağı nəticə göstərənlər elə bir kateqoriyada olan müəllimlərdir ki, onların səviyyəsinin yüksəldilməsinə təlimlərlə də nail olmaq mümkün deyil. Odur ki, həmin müəllimlərin dərs yükünün minimuma endirilməsinin, hətta tamamilə azad olunmalarının tərəfdarıyıq”. (muallim.edu.az)
Qeyd: Diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin ixtisarı ilə bağlı yayılan məlumatlara münasibət bildirən nazir müavini Mətin Eynullayev bildirib ki, hazırda təhsil sistemində hər hansı ixtisar məsələsi yoxdur: "Kütləvi informasiya vasitələri üçün keçirilən brifinqdə əslində medianın diqqətinə çatdırılan əsas məsələ müəllimlik fəaliyyətinə yüksək potensiala malik olan kadrların cəlb edilməsi fikrinin çatdırılmasıdır. Brifinqdə nazirlik əməkdaşları yanlış fikir söyləməklə düzgün ifadə seçməyib və bununla da mediada əslində mahiyyəti tam fərqli olan məlumatlar yer alıb."

Mənbə: http://www.bolge.info

Yazılmış sərhlər

Qonaq__39556789 - 06.05.2018
Diplomu narahat olan muellimler ne vaxtsa dioqnostik qiymetlenfitmeden kececeklermi mumkunse cavab yazin
Qonaq__31661785 - 16.10.2017
ixtisasini deyisen muellimlere niye guzest etmirsiniz axi bele tehsil olar men edim 3o ildir muellim isleyirem rus dili tedris etmisem 2005 ci ilde ixtisasimi deyisib tarix sizce 5 8 ile tarixi mukemmel bilmek olar
Qonaq__31661785 - 11.10.2017
umumiyyetle muellimlere laziminca hormetedilmir eger muellimin basqa yerden qazanci yoxdursa az bal toplayan muellimler acndan olmelidir
Qonaq__28813281 - 22.06.2017
evvel deyildiki cemi 10 faiz lazımdı indide derirler 50 faiz dünyanın heç bir yerinde müellimi imtahana çekmediler bunu ilk azerbaycan etdi
Qonaq__28616752 - 17.06.2017
52% netice gosteren muellimlere munasibetiniz necedir, halbuki men bu gune kimi oz ixtisasimnan ders demirem amma oz ixtisasimnan imtahan vermisem, 52% netice yiqmisam mumkunse fikir soyleyin

Öz şərhinizi yazın

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....