Abşeron Logistika Mərkəzinin nümayəndə heyəti AzTU-da olub

Abşeron Logistika Mərkəzinin nümayəndə heyəti AzTU-da olub

Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb.

Bu barədəAZƏRTAC-a AzTU-dan bildirilib. Rektor bildirib ki, Abşeron Logistika Mərkəzində keçirilən sonuncu görüş zamanı verilən təkliflərin və müzakirə olunan məsələlərin daha operativ icrası ilə əlaqədar müştərək komissiya yaradılıb. Komissiyanın üzvləri ilkin olaraq görülən və görüləcək işlərlə bağlı plan hazırlayıblar. Plana uyğun olaraq komissiya tədris, elmi-tədqiqat və təcrübə istiqamətində müəyyən olunan məsələlərin icrasını həyata keçirəcək.

Daha sonra qonaqlar universitetin Logistika və Nəqliyyat İnstitutu ilə tanış olublar.

Xatırladaq ki, fevralın 9-da Abşeron Logistika Mərkəzində AzTU-nun tədris mərkəzi istifadəyə verilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed