Sizin hazırki nikiniz (ləğəbiniz)

I bolmə

Söz birləşməsi və söz. Hissə 1.

Test ID - 51638
Müəllif: Admin (Əlavə edilib: 24.10.2011)

Söz birləşməsi və söz üçün ortaq sayıla bilməz:

Hər ikisinin ümumi ad bildirməsi
Həm söz birləşməsi, həm də söz ad bildirir
Söz ümumən ad bildirir, söz birləşməsi isə konkret
Söz səslərdən, söz birləşməsi isə sözlərdən əmələ gəlir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Aşağıdakılardan biri ismi birləşmələrin növünə aid deyil:

Qeyri-təyini ismi birləşmələrin arasına qoşma əlavə etmək olar
Təyini söz birləşmələrinin 3 növü var
Qeyri-təyini ismi birləşmələr asılı tərəfin əsas tərəfi təyin edə bilmələrdir
İsmi birləşmələrin 2 növü var

Hansı söz birləşməsi deyil?

ana vətən
məktəbə qədər
məktəbin həyəti
kitabın vərəqi
bağbanın gülləri

Yer zərfliklərinə aid etmək olar:

Nə qədər? sualına cavab verir
İş və hərəkətin tərzini bildirir
Nə dərəcədə? sualına cavab verir
Yer zərfləri, yer mənalı isimlər və ismi birləşmələrlə ifadə olunur

Tabesizlik əlaqəsi haqqındakı fikirlərdən biri düzgündür:

Sənətkarı xalq yaşadır tabesizlik əlaqəli cümlədir
Tabe sözün şəxs və kəmiyyətə görə əsas sözlə uyğunlaşmasına tabesizlik əlaqəsi deyilir
Tabesizlik əlaqəsində olan sözlərdən biri o birinə tabe olur
Tabesizlik əlaqəsində olan sözlər ya intonasiya vasitəsi ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir

Söz birləşməsi və cümlə üçün ortaq əlaməti göstərin:

Konkret ad bildirmək.
Sözlərin birləşməsindən əmələ gəlməsi
İntonasiya bitkinliyinin olması
Bir sözdən ibarət olmaq

"Kitabları aparan Muradın özü idi" mübtəda nə ilə ifadə olunub?

feli sifət tərkibi
isim
feli sifət
sifət
III növ təyini söz birləşməsi

Qeyri təyini söz birləşməsini tapın

Daş ürək
Ev qapısı
Səndən qabaq
Dağdan uca
Mənim arzum

Cümlə haqqındakı fikirlərdən hansı səhvdir?

Cümlə yeganə nitq vahididir ki, fikir ifadə edir
Cümlə iki və daha artıq sözdən ibarətdirsə, onlardan biri xəbər kimi formalaşmış olmalıdır
Xəbər cümlənin formalaşmasında əsas rol oynamır
Cümlə nitqin əsas vahididir

Təyin ilə bağlı səhv fikri göstərin:

Təyin cümlədə isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan cümlə üzvlərinə aid olub onları təyin edir
Necə? nə cür? nə qədər? neçənci? neçə? suallarına cavab olur
Təyin idarə əlaqəsi ilə başqa cümlə üzvlərinə tabe olur
Təyin quruluşca sadə və mürəkkəb olur

Bu bağlayıcılardan hansı həmcins üzvlər arasında işlənmir?

ya, ya da
amma, ancaq, lakin
çünki, ona görə də
gah, gah da
hətta, nəinki

Hansı cümlədə xitabın durğu işarəsi düzgün göstərilmişdir?

Gəl, ey qoca Təbriz, ey ana torpaq, Səninlə yaxından biz qucaqlaşaq
Qızım qapını ört!
Aytac kitabını, mənə ver!
Ey dünya necə, fanisən?!
Ay ellər bir sevda, nəğməsidir o

Xəbər hansı cümlə üzvündən asılıdır?

mübtəda
tamamlıq
təyin
zərflik

Şəxssiz cümləni göstərin:

Soyuq bir axşam idi
Yalançının şahidi yanında olar
Onlar bu yaxşılığı unutmazlar
Oğlunun dedikləri ananın qəlbinə toxunmuşdu

Söz birləşmələrinin növlərinə aid olanlardan biri yanlışdır:

Söz birləşmələrinin 2 növü var
Azərbaycan dilində söz birləşməsinin əsas sözü birləşmənin ikinci tərəfində olur
Asılı söz birinci tərəfdə işlənir
Azərbaycan dilində söz birləşməsinin əsas sözü birləşmənin birinci tərəfində olur

Ara sözlər nəyə deyilir?

Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə və ya söz birləşməsinə
Cümlənin müraciət olunan şəxsi əşyanı bildirən sözlərə və ya söz birləşməsinə
Cümlənin mənasının aydınlaşmasına kömək edən söz və ya söz birləşməsinə
Cümlənin düzgün olub olmamasını bildirən söz və ya söz birləşməsinə

Aşağıdakılardan hansı tərzi-hərəkət zərfliyidir?

qaça-qaça
gülə-gülə
aşağı
qəhrəmancasına
sabah

Əlavələrdə hansı bağlayıcıdan istifadə olunur

həm
məsələn
halbuki
yəni

Feli birləşmələrdən biri düzgündür:

Oxunan nəğmə
Nəğmə oxuyan uşaqlar
Nəğmə oxuyan bülbül
Nəğməni oxuyan

Sual cümlələrini nəqli cümlədən necə ayırmaq olar?

intonasiya
hərfən
ayırmaq olmur
əmrlə

Söz – cümlələrə aiddir:

Bəzən ədatlar və modal sözlər dialoqda ayrılıqda işləndikdə söz – cümlə kimi formalaşır
Cümlə üzvlərindən vergüllə ayrılır
Söz – cümlələr əsasən cümlədə xəbər vəzifəsində işlənir
Həm müxtəsər , həm də geniş ola bilər

Hansı birləşməni 2-ci növdən 3-cü növə çevirmək olmaz?

dağ havası
məktəb direktoru
elmlər namizədi
sinif jurnalı
gözəl hava

Biri ümumi şəxsli cümlə deyil:

Qaranlığa daş atmazlar
İşləməyənə tənbəl deyərlər
Cücəni payızda sayarlar
Suda batan saman çöpündən yapışar

Vasitəsiz tamamlıq nə ilə ifadə olunmuşdu?
Dünya naz götürüb yaşada bilməz
Onunla gizlənqaç oynayanları

İsimlə
Feli sifətlə
Məsdər tərkibi ilə
İİİ növ təyini söz birləşməsi ilə
Feli sifət tərkibi ilə

Xitab cümlənin ortasında işləndikdə durğu işarələri necə işlənir?

Xitab bildirən sözün hər iki tərəfindən vergül qoyulur
Xitab bildirən sözdən əvvəl vergül, sonra nöqtə qoyulur
Xitab bildirən sözdən nə əvvəl, nə də sonra durğu işarəsi qoyulur
Xitab bildirən sözdən Əvvəl vergül, sonra sual işarəsi qoyulur
Xitab bildirən sözdən əvvəl vergül qoyulur, sonra heç bir durğu işarəsi qoyulmur

Nəqli cümlənin sonunda hansı işarə qoyulur?

Nöqtə
Nida
Sual
Vergül
İki nöqtə

Hansı cümlədə səbəb zərfliyi işlənmişdir?

Vətəni qorumaq üçün vətənpərvər övladlar yetişdirməliyik
Oğlum universitetə qəbul olunduğu üçün çox sevinirəm
Uşaq dincəlmək üçün bağa getdi
Öskürməmək üçün əlimi ağzıma tutmuşdum

Yazılmış sərhlər

Müəllif: Qonaq__15443109 (Əlavə edilib: 25.02.2016 17:40:36)
Oglum universitete kebul olundugu ucun cox sevinirem
Bağla