I Bölmə. Fel

7. Felin zamanları. Hissə 1.

Test ID - 2603
Müəllif: ayka_sweet (Əlavə edilib: 11.12.2012)

Cümlələrdin birində məchul növdə olan fel nəqli keçmiş zamandadır

Hava get-gedə qaralırdı.
Men yıxıldım ,yuva isə uçub töküldü.
Ovcunun atdığı ox maralın ayağına sancıldı.
Siz haradan göndərilibsiniz?
O, yavaşdan yoldaşının qulağına pıçıldadı.

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Qoşma nəyə deyilir?

Müəyyən məna çaları yaradır
Sözləri və cümlələri bağlayır
Sözün və cümlənin təsir gücünü artırır
Həyəcan yaradır
Kimə müraciət olunduğunu bildirir

Düzəltmə fellər haqqında fikirlərdən biri düzgündür:

Düzəltmə fellər saydan, əvəzlikdən, felin özündən və zərfdən də əmələ gəlir
Düzəltmə fellər əsasən say və əvəzlikdən düzəlir
Səpələ, soruş, sözləri feldən düzələn düzəltmə fellərdir
Sözdüzəldici şəkilçilərin köməyi ilə düzələn fellər sadə fellər adlanır

Köməkçi nitq hissələri haqqında fikirlərdən biri düzgündür:

Köməkçi nitq hissələrinə aid sözlərin lüğəvi mənaları olmur
Köməkçi nitq hissələrinə aid olan sözlər müstəqil işlənə bilir
Ayrılıqda cümlə üzvü olur
Ayrılıqda suala cavab verir

Düzəltmə zərflər haqqındakı fikirlərdən biri düzgündür:

Düzəltmə zərflər kök və şəkilçidən ibarət olur
Düzəltmə zərflər əslən zərflərdir
Düzəltmə zərflər iki sözün birləşməsindən əmələ gəlir
İrəli, geri, uzaq, yaxın düzəltmə zərflərdir

Modal sözlər haqqında hansı fikir səhvdir?

Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə modal sözlər deyilir
Modal sözlərin məna əsasını modallıq təşkil edir
Danışan bu sözlər vasitəsilə öz fikrinə və ya başqasının dediyi fikrə münasibət bildirir
Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır

Qoşmaların orfoqrafiyası haqqındakı fikirlərdən biri düzgündür:

Qoşmalar aid olduqları sözlərə bitişik yazılır
-dək, -can2 qoşmaları sözlərdən ayrı yazılır
İlə qoşması saitlə bitən sözlərdən ayrı yazılır
İlə qoşması samitlə bitən sözlərlə üç cür yazılır

Cümlələrdən birində “ ilə ” bağlayıcıdır:

Ağlı ilə gücü onu bu çətinlikdən qurtardı
Əli ilə vacib işim var
Səfərə gəmi ilə gedirik
Odunu balta ilə doğra

Zaman zərfi hansı cümlədədir?

Səhər açılır
Sabah günortadan sonra sizə gələcəyəm
Gecə ilə gündüz ildə iki dəfə bərabərləşir
Dünənki gün unudulmazdır

Tabelilik bağlayıcıları haqqında aşağıdakılardan hansı səhvdir?

Tabelilik bağlayıcıları cümlənin əlaqələnməsinə kömək edir
Tabelilik bağlayıcılarının mənalarına görə 5 növü var
“ Yəni ” aydınlaşdırma bağlayıcısı tabelilik bağlayıcısıdır
Əgər, hərgah, hərçənd, madam və s. tabelilik bağlayıcısıdır

Səhv fikri seçin:

Modallıq müxtəlif vasitələrlə ifadə olunur
Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olar
Başqa nitq hissələrinə aid sözlər də cümlədə ara söz kimi işlənir və modal məna verir
Söz birləşmələri, hətta cümlələr də ara söz mövqeyində işlənərək, modal məna ifadə edir

Fellərdən biri icbar növdə deyil:

Sildirmək
Qazdırmaq
Göndərmək
İşlətdirdi

Hansı cümlədə fel əmr şəklində işlənmişdir?

Mən dərsi oxumalıyam
Sabah mən də onunla gedimmi?
Bu gün kəndə qayıtmalısan
Biz bir yerdə işləyəcəyik?

Hansı cümlədə feli sifət təyin vəzifəsindədir?

İşləməyən dişləməz
Çox gəzən çox bilər
Çalışmayan şagird uğur qazana bilməz
Razı deyiləm yatmışları kimsə oyatsın

İcbar növdə olan fellərin sırasını göstərin

qanadlandır, varlandır, dərdlədi
tumarladı, baxdır, əyləndir
ütülət, mişarlat, möhürlət
gileyləndir, hirsləndi, həyəcanladı
sıxlaşdır, vidalaşdır, çoxlaşdır

Hansı cümlədə feli bağlama tərkibi işlənmişdir?

Allah dovşanı cəzalandırmaq istəyəndə ona cəsarət verir
Yaman günə səbr edən yaxşı günə tez çatar
Aygün sevinə-sevinə pilləkənləri cıxmağa başladı
Qabaqda gedən şad xəbər aparır
Onu tanıyan da danışır, tanımayan da

Hansı zərfin məna növü deyil?

Ttərzi-hərəkət zərfi
İnkar zərfi
Yer zərfi
Kəmiyyət zərfi
Zaman zərfi

“Ancaq onu görmək istəyirəm.” cümləsində ədatın hansı məna növü işlənmişdir?

Məhdudlaşdırıcı ədat
Qüvvətləndirici ədat
Sual ədatı
İnkar ədatı
Dəqiqləşdirici ədat

Hansı bənddə həm zərf həm də sifət kimi işlənən söz var?

Anam bu gün çox işlədi
Arif mən səni unutmadım
Yaxşı danış
Səhər dərsə get!
Qarabaği azad edək

Felin hansı növü quruluşca həm sadə həm düzəltmə həm de mürəkkəb olur?

məchul
məlum
qayıdış
sexsiz
qarşılıq-birgəlik

Feili bağlamanın omonimliyi hansılardır?

malı, məli, ası
ib, araq, mamış, madan
dir, malı, araq
araq, malı. ası
sa, sə, ası

Arzu ədatları hansılardı?

məgər, bəs, axı
da, ki, gərək
kaş, təki, ki
elə, məhz, barı
kaş, təki, barı

Azərbaycanın kişi baş geyimi:

Əmmamə
Şal
Kəlağayı
Başlıq
Araqçın

"İlə" qoşması hansı nitq hissəsi ilə omonimdir?

ədat
bağlayıcı
modal söz
nida
zərf

Hansı cümlədə kəmiyyət zərfi vardır?

Hər kəsin dediyinə kor-koranə inanmaq cahillikdir
Axşamdan başlayan yağış səhər kəsdi
Bir xeyli getmişdilər ki, Rövşən Qıratın başını çəkdi
Qaranquşlar alçaqdan uçaraq ora-bura vurnuxurdular
Şimal tərəfdən qəflətən güclü külək başladı

Hansi cumlede feili sifet isledilmemisdir

A.xaricden gelesi qonaqlar Azerbaycanin guselerini gezirdiler
B.o gulleri derib anasina vermisdir
C.deyinen qari yol ile gedirdi
D.o oxudugu kitabi yerine qoydu