Söz birləşmələri

İsmi birləşmələr. Hissə 1.

Test ID - 1301
Müəllif: Qonaq__169998 (Əlavə edilib: 05.10.2012)

Aşağıdakılardan hansı I növ təyini söz birləşməsidir?

uşağın səsi
ev quşları
oxuyan uşaq
vətən eşqi
vətənin igid oğulları

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Cümlənin quruluşca növləri hansı bənddədir?

Sadə,düzəltmə
Sadə,mürəkkəb
Mürəkkəb,düzəltmə
Müxtəsər,geniş
Sadə,müxtəsər

Cümlə haqqında hansı fikir səhvdir?

Bitmiş fikir ifadə edir
Bir sözdən ibarət olmur
Fikir bitkinliyi şərti mənada işlənir
Hər cümlə bu və ya digər konkret fikri ifadə edir
heç biri

Söz birləşməsi ilə sözün fərqli xüsusiyyəti kimi verilə bilməz:

Söz birləşməsi daxilində sözlərin mənası bir qədər konkretləşir
Söz birləşməsi səslərdən əmələ gəlir
Söz birləşməsi də sözlər kimi ad bildirir
Söz birləşməsi sözlərdən əmələ gəlir

Hansı nümunədə nəqli cümlə vardır?

Azərbaycan Respublikasının dövlət bayrağı neçə rəngdədir
Tez olun, tutun Eldarı!
Dünyada əlli milyon azərbaycanlı var
Mən də o günləri yaşasaydım, ah!

Nəqli cümləyə aid olanlardan düzgün fikri seçin:

Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
Sual məqsədi ilə işlədilən cümləyə nida cümləsi deyilir
Nida cümlələrinin üç növü var
Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulmur

Sual cümləsi haqqında səhv fikri seçin:

Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir
Sual cümləsinin işlədilməsində məqsəd ya yeni məlumat almaq, ya da hər hansı məlumatı dəqiqləşdirməkdir
Sual cümləsinin üç növü var
Sual cümləsinin xəbəri əmr şəkli ilə ifadə olunur

Hansı fikir səhvdir?

Cümlə bir sözdən ibarət ola bilər
Söz birləşmələri də sözlər kimi ad bildirir
Söz birləşməsi bitmiş fikir ifadə edir
Söz birləşməsi bir sözdən ibarət ola bilmir

Vasitəli tamamlıq haqqındakı səhv fikri göstərin:

İsmin yönlük, yerlik, çıxışlıq halında olan sözlərlə ifadə olunur
Kimə? kimdə? nədən? nə üçün? və s. suallara cavab verir
Vasitəli tamamlıqlar qoşma ilə işlənən adlıq və yiyəlik hallarla ifadə olunmur
Bəzən ismi xəbərlə də bağlı olur

Hansı cümlədə təyin isimlə ifadə olunmuşdur?

Qabaqkı sıralar bomboş idi
Yaşıl zəmilər göz oxşayır
Aşağı mərtəbələr tərtəmiz idi
Daş hasarlar, torpaq damlar sökülür, şəhərə bir açıqlıq gəlir

Yanaşma əlaqəsi ilə bağlı fikirlərdən hansı səhvdir?

Yanaşma əlaqəsinin qrammatik göstəriciləri yoxdur
Tabesizlik əlaqəsinin bir növüdür
Asılı tərəf əsas tərəfdən əvvəl gəlir
Daha çox I növ təyini söz birləşmələrinin tərəfləri arasında olur

Biri ismi birləşmə deyil:

Beyni dumanlı
Müəllimin dedikləri
Solası çiçək
Çoxluğun səsi

Qeyri – müəyyən şəxsli cümləni göstərin:

Onlar bu sözləri Qacara çatdırdılar
İşləməyənə tənbəl deyirlər
Qaranlıq yerə daş atmazlar
Gecə saat ikidə bizi təcili oyatdılar

“ Sən ellər toyusan, ellər bayramı ” cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?

Şəxs şəkilçisi
Cəm şəkilçisi
Hal şəkilçisi
Zaman şəkilçisi

Şəxssiz cümləni göstərin:

Bu gün kəndə getdilər
Səni çoxdan gözləyirdim
İlin son günü idi
Dostlar hər dərdimizə şərik çıxdılar

Şəxssiz cümləni göstərin:

Soyuq bir axşam idi
Yalançının şahidi yanında olar
Onlar bu yaxşılığı unutmazlar
Oğlunun dedikləri ananın qəlbinə toxunmuşdu

Bunlardan yalnız birində uzlaşma əlaqəsi vardır.

indicə gedirik
ucadan danışmayın
kitabları qaytardıq
rütubətli hava
xeyirxahlıq savabdır

Xəbər hansı cümlə üzvündən asılıdır?

mübtəda
tamamlıq
təyin
zərflik

Müəyyən şəxsli cümlələr nəyə deyilir?

Hərəkətin və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğu cümlələr
Hərəkətin və ya hökmün hamıya aid olduğu cümlələr
Mübtədası olmayan və onun təsəvvür edilməyi qeyri-mümkün olan cümlələr
Mübtədası olan və ya asanlıqla bərpa olunan cümlələr
Bir sözdən ibarət olan cümlələr

Cümlələrdən hansının zərfliyi mürəkkəbdir?

Alpinistlər dağa sarı gedirlər
Uşaq xəstələndiyi üçün dərsə gəlməmişdi
Ocaq yavaş-yavaş sönürdü
Məktubu oxuyanda ananın gözləri yaşardı
Qardaşım qaça-qaça yanıma gəldi

Birinci növ təyini söz birləşməsinin düsturu?

1To+2Tm
1Ty+2Tm
1To+2To
1To+2Ty
düsturu yoxdur

Aşağıdakılardan hansı heç vaxt tamamlıq ola bilməz?

məsdər
feli sifət
feli bağlama
birinci növ təyini söz birləşməsi
üçüncü növ təyini söz birləşməsi

Sürünənlərin hansına Azərbaycanda təsadüf olunmur?

zolaqlı kərtənkələyə
tısbağaya
koramala
timsaha
gekkona

Hansı cümlədə idi hissəciyi işlənməyib?

Dünən dostum bizə gəlmişdi.
Bayaq mən sevincimdən uçurdum.
Bacım dünən dərslərindən beş almışdı.
Mən bu uşağı yoldan keçirdim.
Mən dünən məktəbə getməmişdim.

"Məktəbi əla qiymətlərlə bitirməyi şərəf bilirdi" cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur?

İsmi birləşmə ilə
Məsdər tərkibi ilə
Məsdərlə
İsimlə
Feli sifət tərkibi ilə
first box will be shown second NOT

Bağla
..................