I Bölmə. Fel

5. Təsirli və təsirsiz fellər. Hissə 1.

Test ID - 203
Müəllif: elyanura (Əlavə edilib: 16.08.2012)

Fellərdən biri təsirsizdir:

say
götür
ver
bax

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Düzgün cavabı yaz:

Felin ümumi qrammatik mənası hərəkət bildirir
Felin 4 zamanı var
Sifət əşyanın hərəkətini bildirir
İsim əşyanın necəliyini bildirir
Hamısı səhvdir

Tərkibi fel haqqında yalnız biri doğrudur:

Tərkibi feldə sözlər bitişik və ya defislə yazılır
Tərkibi feldə sözlər ayrı yazılır
Birinci tərəfi -a şəkilçili feldən, ikinci tərəfi bilmək felindən ibarət olan sözlər təsirli fellərdir
Tərkibi fellərin frazeoloji birləşmə ilə əlaqəsi olmur

Məsdərin felə aid xüsusiyyətlərindən biri səhvdir.

Felin təsriflənən formaları ilə eyni leksik mənanı bildirir.
Təsdiq və inkarda olur.
Mənsubiyyətə görə dəyişir.
Təsirli və təsirsiz olur.
Felin müxtəlif qrammatik məna növlərində olur.

Hansı feldən birgəlik felə aid nümunə düzəlməz?

mələmək
dolmaq
gülmək
döymək
ağlamaq

Hansı fikir səhvdir:

Feli bağlama hərəkət mənasını bildirir
Feli bağlama təsirli və ya təsirsiz olur
Təsdiq və inkarda olur
Cümlədə təklikdə zərflik ola bilməz
Hərəkətin tərzini, zamanını bildirir

Qoşmaların orfoqrafiyası haqqında fikirlərdən biri səhvdir:

Qoşmalar aid olduqları sözlərdən ayrı yazılır
“ dək ”, “ can2 ” qoşmaları da aid olduqları sözlərdən ayrı yazılır
İlə qoşması saitlə bitən sözlərdən sonra ayrı yazılır
İlə qoşması, ixtisar formasında – la, lə şəklində yazılır

Qoşmaların orfoqrafiyası haqqındakı fikirlərdən biri düzgündür:

Qoşmalar aid olduqları sözlərə bitişik yazılır
-dək, -can2 qoşmaları sözlərdən ayrı yazılır
İlə qoşması saitlə bitən sözlərdən ayrı yazılır
İlə qoşması samitlə bitən sözlərlə üç cür yazılır

Modal sözlərin orfoqrafiyası haqqındakı fikirlərdən biri səhvdir:

Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
Cümlənin əvvəlində işlənən modal sözlərdən sonra vergül qoyulur
Modal sözlər şifahi nitqdə xüsusi fasilə ilə cümlənin başqa hissələrindən ayrılır
Modal sözlər heç bir köməkçi vasitə olmadan cümlədə işlənə bilmir

“ Həmişə ” zərfinin morfoloji təhlilindəki səhvi seçin:

Quruluşca sadə zərfdir
Olmaq felinə aiddir
Mənaca zaman zərfidir
Hərəkətin kəmiyyətini bildirir

Feli bağlama ilə bağlı fikirlərdən biri səhvdir:

Feli bağlama da zərf kimi, felə aid olub hərəkəti izah edir
Feli bağlama cümlədə zərflik olur
Zaman şəkilçiləri qəbul edir və şəxsə görə dəyişir
Təsirli və təsirsiz olur

Miqdar zərfi hansı cümlədədir:

Yayda istirahətə gedərik
Ağır otur, batman gəl
Gəlin bir az, uşaqlar, dincələk
Bir qədər su iç

Həm ədat, həm də əsas nitq hissəsi kimi işlənən sözləri göstərin:

Ancaq, ki, da
Hətta, təkcə, belə
Qoy, bir, belə
İlə, bəs, tək

Verilənlərdən biri mürəkkəb fel deyil:

Qulaq asmaq
Gedib – gəlmək
Nail olmaq
Anlamaq

Cümlələrdən hansında ancaq məhdudlaşdırıcı ədat kimi işlənmişdir?

Dalğalar sahilə can atır, ancaq tez geri çəkilirdi
Çoxları məsləhət alır, ancaq təkcə ağıllılar ondan faydalana bilər
Biz ancaq ona inanırıq
Təbiət yavaş-yavaş oyanır, ancaq hələ quşların səsi eşidilmirdi
Maraqlı məlumatdır, ancaq bir şey çatışmır

Keçmiş zaman neçə cur olur?

2 cur olur:
1 cur olur:
3 cur olur:
6 cur olur:

Verilmiş fellərdən hansıları təsdiqdədir

Oxu, yaz, dayanma
Yazma, görmə, öpmə
Al, gör, oxu, yaz
Alma, gəl, get
Uzanma, oxuma, seçmə

Feli bağlama hansı cümlə üzvü vəzifəsində işlənir?

mübtəda
xəbər
tamamlıq
təyin
zərflik

Qaçsa sözü hansı şəkildədir?

şərt
lazım
xəbər
arzu
əmr

Sözlərdən biri inkar şəkilçisi qəbul etmir?

qaçanda
tutan
güləyən
oxuduğu
sevinmək

Zərfin hansı məna növləri isim və sifətlə ortaqdır?

yer zərfi və miqdar zərfi
tərz-hərəkət və yer zərfi
tərz-hərəkət və zaman zərfi
yer və zaman zərfi

Hansı cərgədə yalnız təsirli fellər işlənmişdir?

Yazır, Oxuyur, Qaçır
Bacarır, Çalışır, Öyrənir
Əkir, Oxuyur, Sevir
Qaçır, Sevinir, Fikirləşir

Məsdərin şəkilçiləri hansıdır?

ma2, dıq4
malı2, maq2
maq2, (bəzən də ma2)
sa2, ma2
heç biri

Məsdər hansı cümlədə verilməyib?

Dərsin başlanmasına çox az qalırdı.
Bilməmək eyib deyil, soruşmaq eyibdir.
Anamın çığırtmasının dadı damağımdan getmir.
Onun danışmamasının səbəbi çoxdur.
Vətəni sevmək lazımdır.

İdi imiş hissəciyi nə vaxt bütöv şəkildə yazılır?

feilə artırıldıqda
heç vaxt
ismə artırıldıqda
sifətə artırıldıqda
zərfə artırıldıqda

Modal söz deyil:

xülasə
sanki
əlbəttə
kaş
guya
first box will be shown second NOT

Bağla
..................