Sizin hazırki nikiniz (ləğəbiniz)

Çin səddinin tarixinə səyahət

Dünyanın yeddi möcüzəsi haqqında xəbəriniz varmı? Misir piramidaları, Artemis məbədi kimi bir-birindən gözəl, bir-birinə bənzəməyən tikililər. Tikildikləri vaxtlarda min bir əməklə və zəhmətlə başa gələn, görkəmləri ilə göz qamaşdıran Şərq mədəniyyətinin belə möcüzələri bu gün belə insanda heyranlıq oyandırırlar. Bunlardan biri də məşhur Çin səddidir. İnsanlığın tikdiyi ən böyük tikili kimi tarixdə qalan bu divar keçmişin xatirələrini günümüzə daşıyır.

Aydan baxdıqda Yer üzündə görünən, insan tərəfindən tikilmiş yeganə tikili Çin səddidir.

Çin səddinin tarixinə səyahət

Çin keçmişdə də böyük torpaqlara sahib idi. Bölgədə yaşayan xalqlar üçün köçəri həyat sürmək getdikcə daha çətinləşirdi. Oturaq həyata keçmək lazım idi. Ancaq köçəri həyat kimi, oturaq yaşamağın da öz çətinlikləri vardı. Bunlardan da ən əsası düşmənlə mübarizə idi. Çin,

Çin səddinin tarixinə səyahət

Orta Asiyanın köçəri tayfaları tərəfindən daima qarət olunurdu və əlbəttə ki, hökumət də müdafiə tədbirləri görmək istəyirdi. Elə bu səbəbdən də e.ə. V əsrdə düşmənlərdən müdafiə olunmaq məqsədi ilə Böyük Çin Səddi deyilən divar inşa edilməyə başladı. İnşaatın 10 il sürdüyü və təxminən 300.000 nəfərin çalışdığı güman olunur. Tikinti davam edən müddətdə sədd bir neçə dəfə hücuma məruz qalmışdı. Bu böyük divar VII əsrdə strateji əhəmiyyətini itirənə qədər böyük diqqətlə qorunurdu və vaxtlı-vaxtında təmir olunurdu.

Çin səddinin tarixinə səyahət

XV yüzilliyin əvvəlində səddə yeni divarlar olunmuşdu. Buna görə də yeni divarlar köhnələrdən fərqlənir. Xeyli sayda bürcləri və atış yerləri olan, Bohai dənizindən Qobi səhrasına qədər 6000 km məsafədə uzanan Çin səddinin hər 120 metrliyində bir keşikçi qülləsi inşa edilib.
Odlu silahlar icad edildikdən sonra Çin səddi müdafiə əhəmiyyətini tamamilə itirdi. Keçmişdə baş vermiş qanlı vuruşmaların izləri sədd boyu keçidlərdə, dağlıq bölgələrdə, vadilərdə bu günə qədər rast gəlinir.

Çin səddinin tarixinə səyahət

Əvvəllər köçəri tayfaların vaxtaşırı hücumlarına məruz qalan Çin səddinə müasir dövrdə turist axınının ardı-arası kəsilmir. Çinlilər arasında "Çin səddinə çıxmayan adamdan qəhrəman olmaz" deyimi geniş yayılıb. Hətta çinlilər bu sözü səddin yaxınlığında bir daş üzərində həkk ediblər.

Çin səddinin tarixinə səyahət

Çin səddinin tarixinə səyahət

Tərcümə etdi: Cambulat

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

Qonaq__30312224 - 09.11.2017
Melumat isime cox yaradi.bu isde zehmeti kecen her bir insana oz tesekkurlerimi bildirirem
Qonaq__27001310 - 11.05.2017
yaxşıdır
Qonaq__24353120 - 06.03.2017
Soz ola bilmez. Tek kelimeyle harika✖. İNTERESTİNG
Qonaq__15621378 - 06.05.2016
maraqlədır yeni şeyler öyrendim
Qonaq__17272715 - 06.04.2016
koceri tayfa dediyinizi qisaca Hunlardan qorxduqlari ucun yazsaydiniz daha dogru olardi
Qonaq__15723722 - 12.01.2016
Salam.Cox maraqlidir))
Qonaq__14247169 - 04.11.2015
Çin səddinin tikildiyi il yazılmayıb. Əslində isə, Böyük Çin səddi e.ə.220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən tikilmişdir.
HEBILOVA_Qonce - 30.05.2015
KAS bir defe de olsa gore bileydim bu mocuzeni
Qonaq__10007151 - 26.04.2015
KOTÜ DİYİL İDARE EDER
Qonaq__10007151 - 26.04.2015
SUPER
Qonaq__7916091 - 11.02.2015
yaxşı
Qonaq__6019886 - 05.02.2015
fEnA diyil
Qonaq__1475373 - 16.03.2014
müellif.həsən thanks you very much
riki - 16.11.2013
ela
ves - 19.10.2013
sagol
Qonaq999 - 24.01.2013
thanks
melek773 - 08.11.2012
həqiqətən cox böyükdür
Qonaq__361840 - 27.06.2012
pis deyil daha etraflida ola bilerdi
Nezrin - 22.10.2011
tesekkurler

Öz şərhinizi yazın

Bağla