Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu ixtiranın köməyi ilə insanlar robot kimi idarə olunacaq

Bu ixtiranın köməyi ilə insanlar robot kimi idarə olunacaq

Amerikalı alimlər inkişaf etdirdikləri bir implant sayəsində siçanların hərəkətlərini uzaqdan idarə edərək nəzarəti ələ alıb.

Washington Universiteti beynin dərinliklərindəki neyronların quruluşunu və hərəkətini anlamaq üçün dərmanları birbaşa toxumaya yerləşdirərək uzaqdan idarə edərək nəzarət edən beyin implantı hazırlayıb.

Laboratoriyada sınaqdan keçirilən implantlar siçanlarının beyinlərinə yerləşdirilib.  Sınaq uğurlu alınıb. Siçanları uzqdan idarə etmək mümkün olub. Gələcəyin tibb elmi üçün çox əhəmiyyətli irəliləyiş olan ixtira "Journal Cell" jurnalında nümayiş olunub. Bu ixtiranın sayəsində gələcəkdə  ağrı, depressiya, dərman asılılığı kimi narahatlıqların qarşısı alınacaq. Mayenin işıqla ötürülməsini təmin edən texnologiyanın istifadə edildiyi araşdırmada, insan saçının həcminin  onda biri kiçikliyində bir implant hazırlanıb..

Bu qədər kiçik cihazlar gələcəkdə , alimlərə  və tibbə çox böyük bir töhvələr verəcək.

Ülviyyə İNŞALLAH

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

Qonaq__12945397 - 15.09.2015
Bizim üçün gələcək deyə bir şey yoxdur. Artıq Robotlar insanları tam olaraq əvəz edir. Gələcəkdə yer üzündə insanları robot əvəz edəcək və sonda da robotu quraşdıran Alimləri də Robota yüklənən "beyinlər" ilə siləcəklər.
kimyasever - 10.08.2015
bunu mən kəşf edəcəkdim axı;)
Qonaq__12554513 - 09.08.2015
bele olsa sevinerik. mence bele olsa bezi caresiz xesteliklerin dermani tapilar. bu da biz insanlar ucun cox boyuk ugur olar. insallah.

Öz şərhinizi yazın

Bağla