İzahlı lüğət

ÜÇİLLİK (ID - 40871)

sif. 1. Üç il sürən, üç il müddətli, üç il davam edən. Üçillik məktəb. Üçillik hərbi xidmət. // Üç il müddətinə tərtib edilmiş, üç ili nəzərdə tutan. Üçillik plan. Üç yaşında olan; üçyaşar. Üçillik at. Üçillik...

ÜÇKİLOMETRLİK (ID - 40872)

sif. 1. Üç kilometr uzunluğunda olan, məsafəsi üç kilometr olan. Üç kilometrlik yol.
2. coğr. Santimetrdə üç kilometr miqyası olan. Üçkilometrlik xəritə.

ÜÇKÜNC(LÜ) (ID - 40873)

bax üçguşəli. Ağ qoçların boyunlarından .. ara-sıra gözmuncuğu, yaşıl meşindən tikilmiş, içi dualı üçkünc pitik asardılar. H.Sarabski.

ÜÇQAPILI (ID - 40874)

sif. Üç qapısı olan. Üçqapılı şifoner. Üçqapılı zal. - [Hacı Sultan] üçqapılı böyük bir mağazaya malik idi. S.Hüseyn.

ÜÇQAT(LI) (ID - 40875)

sif. 1. Üç qatı olan; üçmərtəbəli. Üçqat(lı) ev.
2. Bir-biri üzərində üç qat olan; üçlaylı. Üçqat xəmir. Üçqat dikt.

ÜÇQƏPİKLİK (ID - 40876)

sif. Üç qəpiyə dəyən, üç qəpik qiymətində olan. Üçqəpiklik marka. // is. Üç qəpik dəyərində olan metal pul.

ÜÇQIÇLI (ID - 40877)

bax üçayaqlı.

ÜÇQRAMLIQ (ID - 40878)

is. Üç qram ağırlığında olan çəki daşı.

ÜÇLAYLI (ID - 40879)

sif. 1. Üç laydan (qatdan, təbəqədən) ibarət olan. Üçlaylı karton.
2. Üç layı olan, üç tayı olan. Üçlaylı güzgü.

ÜÇLƏMƏ (ID - 40880)

“Üçləmək”dən f.is.

ÜÇLƏMƏK (ID - 40881)

f 1. Üçə çatdırmaq. Uşağı üçləmək. Üç dəfə artırmaq, üçə vurmaq. Üç yerə bölmək.

ÜÇLÜK (ID - 40882)

1. Bax üçmanatlıq 1-ci mənada. [Hafizə xanım:] Mənə deyir, üçlüyü cibimdən salıb itirmişəm. Ə.Haqverdiyev.
is. Kart oyununda üçxallı kağız.
sif. Uç nömrəli. Üçlük mıx. Üçlük taxta.
is. Uç çalğıçıdan ibarət...

ÜÇLÜLƏ (ID - 40883)

is. İki üst lüləsinin içi hamar (saçma üçün), üçüncü - alt lüləsi isə yivli (güllə üçün) olan ov tüfəngi.

ÜÇMANATLIQ (ID - 40884)

1. is. köhn. Uç manat qiymətində olan kağız pul; üçlük. Üçmanatlığı xırdalamaq.
2. sif. Uç manata dəyən, üç manat qiymətində olan. Üçmanatlıq bilet.

ÜÇMƏCHULLU (ID - 40885)

sif. riyaz. Uç məchulu olan. Üçməchullu tənlik.

ÜÇMƏNZİLLİ (ID - 40886)

bax üçotaqlı.

ÜÇMƏRTƏBƏ(Lİ) (ID - 40887)

sif. Uç mərtəbəsi olan; üçqat. Üçmərtəbəli bina. - Nəhayət, fayton Sovet küçəsində üçmərtəbəli bir evin qarşısında dayandı. Ə.Məmmədxanlı.

ÜÇMİLLİ (ID - 40888)

sif. Uç mil (xətt) çəkilmiş, üç mili (xətti) olan; üçxətli. Üçmilli dəftər.

ÜÇMİLYONLUQ (ID - 40889)

sif. Uç milyondan ibarət olan. Üçmilyonluq ordu.

ÜÇMİNLİK (ID - 40890)

sif. Sayı üç min olan, üç mindən ibarət. Üçminlik qoşun.

ÜÇMOTORLU (ID - 40891)

sif. Uç motoru olan, üç motorla işləyən. Üçmotorlu təyyarə.

ÜÇNƏFƏRLİK (ID - 40892)

bax üçadamlıq. Üçnəfərlik mehmanxana nömrəsi.

ÜÇNÖVBƏLİ (ID - 40893)

sif. Uç növbədə görülən, üç növbəsi olan. Üçnövbəli iş.

ÜÇOXLU (ID - 40894)

sif. Uç oxu olan. Üçoxlu trolleybus.

ÜÇOTAQLI (ID - 40895)

sif. Uç otağı olan; üçgöz(lü). Üçotaqlı mənzil (ev).

ÜÇÖLÇÜLÜ (ID - 40896)

sif. 1. Uç ölçüsü olan, üç ölçü ilə (uzunluq, en, hündürlük) təyin edilən.
2. mus. Uç ritmik ölçüdən ibarət olan. Üçölçülü takt (vəzn).

ÜÇPƏNCƏRƏLİ (ID - 40897)

sif. Uç pəncərəsi olan. Üçpəncərəli otaq.

ÜÇPƏRDƏLİ (ID - 40898)

sif. Uç pərdədən (hissədən) ibarət olan. Üçpərdəlipyes. Üçpərdəli tamaşa.

ÜÇPİLLƏLİ (ID - 40899)

sif. 1. Uç pilləsi olan. Üçpilləli pilləkən.
2. Uç hissədən, üç pillədən ibarət olan. Üçpilləli raket.

ÜÇPLANLI (ID - 40900)

sif. Üç planı, üç tərəfi olan; üç planda yerləşmiş. Üçplanlı dekorasiya.

ÜÇPUDLUQ (ID - 40901)

sif. Uç pud ağırlığında olan, üç pud tutan. Üçpudluq daş. Üçpudluq kisə. // İs. mənasında. Uç pud ağırlığında olan çəki daşı. Üçpudluğu qapana qoymaq.

ÜÇRƏQƏMLİ (ID - 40902)

sif. Uç rəqəmdən ibarət olan. Üçrəqəmli ədəd.

ÜÇRƏNGLİ (ID - 40903)

sif. Boya tərkibi üç rəngdən ibarət olan, yaxud üç müxtəlif rəngli hissədən ibarət olan. Üçrəngli bayraqcıq. Üçrəngli çiçək. - Azərbaycanın üçrəngli, aylıulduzlu dövlət bayrağı ilə yanaşı, xalq mənəviyyatının parlaq...

ÜÇSAATLIQ (ID - 40904)

sif. Uç saat davam edən və ya davam etmiş, üç saat üçün müəyyən edilmiş; üç saat vaxt tələb edən. Üçsaatlıq iş. Üçsaatlıq iclas.

ÜÇSƏSLİ (ID - 40905)

sif. mus. Uç səslə oxunan, üç səs üçün yazılmış. Üçsəsli xor. // İs. mənasında. [Akkordlardan] ən sadəsi üçsəslilərdir: major üçsəslisi, minor üçsəslisi və başqaları. “İbtidai musiqi nəzəriyyəsi” .

ÜÇSİMLİ (ID - 40906)

sif. mus. Uç simi olan. Üçsimli musiqi aləti.

ÜÇSİNİFLİ (ID - 40907)

sif. köhn. Uç sinifdən ibarət olan. Üçsinifli məktəb.

ÜÇŞAHILIQ (ID - 40908)

is. köhn. 15 qəpiklik sikkə (pul).

ÜÇTAKTLI (ID - 40909)

sif. mus. Uç takt davam edən, üç taktdan ibarət olan. Üçtaktlı fasilə.

ÜÇTARLALI (ID - 40910)

sif. k.t. Uçtarlalıq əsasında olan. Üçtarlalı əkin sistemi.

ÜÇTARLALIQ (ID - 40911)

is. k.t. Əkin yerini üç hissəyə bölüb bir hissəsini əvvəlcə payızlıq, sonra yazlıq əkməkdən, üçüncü il isə herikə qoymaqdan ibarət köhnəlmiş növbəli əkin üsulu.

ÜÇTƏRƏFLİ (ID - 40912)

sif. Uç tərəfin iştirakı ilə olan, hər üç tərəf üçün məcburi olan; qarşılıqlı. Üçtərəfli müqavilə. Üçtərəfli danışıqlar.

ÜÇTİNLİ (ID - 40913)

sif. Üç tini olan; üçüzlü. Üçtinli süngü.

ÜÇTONLUQ (ID - 40914)

sif. Üç ton ağırlığında yük götürən. Üçtonluq avtomobil. - Bəzən quru ot yüklənmiş üçtonluq maşınlara da təsadüf olunur. Ə.Vəliyev. // Üç ton ağırlığında olan. Üçtonluq yük. // Üç ton tutan. Üçtonluq çən.

ÜÇULDUZ(LU) (ID - 40915)

sif. Üzərində üç ulduz şəklində fərqlənmə nişanı olan; üçillik. Üçulduz(lu) konyak.

ÜÇÜN (ID - 40916)

qoş. Feillərdən, adlıq və ya yiyəlik halında olan isimlərdən, şəxs, qayıdış və işarə əvəzliklərindən əvvəl gələrək, həmin sözlərlə aşağıdakı mənaları ifadə edir: 1) səbəb bildirir: ...görə, ...səbəbilə. Xəstə...

ÜÇÜNCÜ (ID - 40917)

“Üç”dən sıra s. Üçüncü mərtəbə. Üçüncü cərgə. Üçüncü adam.

ÜÇÜZLÜ (ID - 40918)

sif. Üç üzü olan; üçtinli. Üçüzlü yeyə. - Günəş şüası üçüzlü prizmadan keçərək öz tərkib hissələrinə ayrılır. A.Ələkbərov.

ÜÇVALENTLİ (ID - 40919)

sif. kim. Üç valentdən ibarət olan.

ÜÇVERSTLİK (ID - 40920)

sif. 1. Üç verst uzunluğunda olan. Üçverstlik yol. Üçverstlik məsafə.
2. coğr. Üç verst miqyaslı. Üçverstlik xəritə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed