Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QƏSR (ID - 24800)

is. [ər.] Imarət, padşah sarayı. Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlimə Xatun ilə oturub söhbətə məşğul idi. M.F.Axundzadə. Fəxrəddin Xüld qəsrinin yanına getmək üçün Əmin qəsrindən aşağı...

QƏSSAB (ID - 24801)

is. [ər.] Qoyun, mal və s. kəsib ətini satmaqla məşğul olan adam. Bir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verib qəssab Şamilə. C.Məmmədquluzadə. Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə...

QƏSSABBAŞI (ID - 24802)

is. köhn. Baş qəssab. Əti də Şeyx Şəban hər qəssabdan almazdı. Qəssabbaşı Imaməli ilə müştəri idi. Ə.Haqverdiyev.

QƏSSABXANA (ID - 24803)

is. [ər. qəssab və fars. ...xanə] köhn. Böyük qəssab dükanı, ət satılan yer.

QƏSSABLIQ (ID - 24804)

is. Qəssab sənəti, peşəsi. [Afşin:] Ya əmirəlmömin, qəssablıq nə böyük hünər imiş ki, sən Ishaq ibn Ibrahimi mükafatlandırırsan! Ə.Məmmədxanlı.

QƏSVƏT (ID - 24805)

is. [ər.] Hüzn, qəm, kədər, ürək sıxıntısı. [Külək] yarıqaranlıq komanda məntəqəsini boğaz acışdıran hislə bərabər, ürəksıxan soyuq bir qəsvətlə doldurdu. Ə.Əbülhəsən.

QƏŞƏNG (ID - 24806)

sif. [fars.] Görünüşcə çox gözəl, bəzəkli, insanda bədii təsir oyadan. Qəşəng ev. Qəşəng mənzərə. Qəşəng paltar.
Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm kənar kolun dalısında Sona xanım qəşəng səfər paltarını...

QƏŞƏNGCƏ (ID - 24807)

sif. Çox qəşəng, çox yaxşı, çox gözəl. Qəşəngcə uşaq. - Aynalı şifoner, qoz ağacından tualet bu otağa .. qəşəngcə bir görkəm verirdi. Ə.Əbülhəsən. // Zərf mənasında. Qəşəngcə geyinmək. - ..Bunları mən çox yaxşıca...

QƏŞƏNGİ (ID - 24808)

is. [fars.] mus. Azərbaycan xalq oyun havalarından birinin adı.

QƏŞƏNGLƏNMƏ (ID - 24809)

“Qəşənglənmək” dən f.is.

QƏŞƏNGLƏNMƏK (ID - 24810)

bax qəşəngləşmək.

QƏŞƏNGLƏŞMƏ (ID - 24811)

“Qəşəngləşmək” dən f.is.

QƏŞƏNGLƏŞMƏK (ID - 24812)

f. Daha da qəşəng olmaq, gözəlləşmək. [Qəhrəman] ucalmış, qara saçları daha da sıxlaşmış, özü də dəyişib qəşəngləşmişdi. S.Rəhimov.

QƏŞƏNGLİK (ID - 24813)

is. Qəşəng şeyin halı; gözəllik, gözəşirinlik. [Cəmilənin] sıx qara saçları .. sifətinə bir qəşənglik, bir yaraşıq verir. S.Rəhimov.

QƏŞŞ (ID - 24814)

is. [ər.] Özündən getmə, ürəyi getmə, bayılma, bayğınlıq. Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım. A.Səhhət. □ Qəşş etmək (eləmək)
1) özündən getmək, ürəyi keçmək, bayılmaq. ..Ölünün...

QƏT (ID - 24815)

[ər.]: qət etmək - 1) kəsmək. Qət eylə aşinalığım ondan ki, qeyridir. Füzuli;
həll etmək, ayırd etmək, qurtarmaq. Mübahisəni qət etmək. - Iki saatın içində bu işi qət eləmək olar. M.F.Axundzadə; 3) keçmək, yol getmək....

QƏTA (ID - 24816)

[ər.] köhn. bax qətiyyən. Ahim etməz heç əsər qəta sənə. Əmani. Məhəmməd Həsən əmi dünya malına əsla və qəta talib deyil.. C.Məmmədquluzadə.

QƏTAR (ID - 24817)

[ər.] bax qatar1. Nalan qəmieşqi-yardənsən; Sən dəxi bizim qətardənsən. Füzuli.

QƏTEDİCİ (ID - 24818)

sif. 1. Kəsici, qət edən. Qətedici xətt.
2. Həlledici, axırıncı; son. Qətedici söz.

QƏTƏN (ID - 24819)

[ər.] köhn. bax qətiyyən. Belə insan kimi danışmağı mən; Sanki unutmuşdum ol zaman qətən. A.Səhhət.

QƏTFƏ (ID - 24820)

is. [ər.] Çiməndən sonra bədəni qurulamaq üçün böyük dəsmal. Camadarlar qətfə ilə gedirlər. Ü.Hacıbəyov. Xozeyinlər hamama gələndə özləri üçün qanavat boğçanın içində fitə, qətfə gətirirdilər. H.Sarabski.

QƏTFƏÇİ (ID - 24821)

is. Hamamda çimənlərə qətfə verən xidmətçi; camadar.

QƏTİ (ID - 24822)

sif. və zərf [ər.] 1. Rədd edilməsi mümkün olmayan, etiraza yol verməyən; pozulmaz, möhkəm. Qəti əmr. Qəti tapşırıq. Qəti qərar. - Sarxan xırıltılı səsi ilə kinli və qəti dedi: - Qoy öldürsünlər.. M.Hüseyn. Sübhanverdizadə...

QƏTİFƏ (ID - 24823)

[ər.] bax qətfə. O, qapını açıb gəldi, əlindəki qətifəni, kisəni və sabun torbasını atdı taxtın üstünə. C.Məmmədquluzadə. Varis əlində ağ qətifəyə sarılı bir şey içəri girdi. A.Şaiq.

QƏTİFƏÇİ (ID - 24824)

bax qətfəçi.

QƏTİLƏŞDİRİLMƏ (ID - 24825)

“Qətiləşdirilmək” dən f.is.

QƏTİLƏŞDİRİLMƏK (ID - 24826)

məch. Qəti şəklə salınmaq, müəyyənləşdirilmək.

QƏTİLƏŞDİRMƏ (ID - 24827)

"Qətiləşdirmək” dən f.is.

QƏTİLƏŞDİRMƏK (ID - 24828)

f. 1. Qəti şəklə salmaq, müəyyənləşdirmək. Məsələni qətiləşdirmək.
2. Daha möhkəm, daha cəsarətli, yaxud daha təsirli etmək, ciddiləşdirmək. ..Düşmən sənin qorxaqlığını hiss edərsə, öz addımlarını daha da qətiləşdirər....

QƏTİLƏŞMƏK (ID - 24829)

f. Qəti şəklə düşmək, müəyyənləşmək.

QƏTİLİK (ID - 24830)

is. b a x qətiyyət.

QƏTİYYƏN (ID - 24831)

zərf [ər.] Əsla, heç, tamamilə, zərrə qədər də olsa, heç bir vəchlə, heç bir vaxt. Qətiyyən buna razı olmarıq. [Dərviş:] Sən elə xəyal edirsən ki, mən buranı qətiyyən tərk edirəm? A.Divanbəyoğlu. Gəldiyev də anlamışdı...

QƏTİYYƏT (ID - 24832)

is. [ər.] Qətilik, rədd edilməsi mümkün olmama, müəyyənlik, möhkəmlik, tərəddüdsüzlük; əzm, səbat, cəsarət. Səlimi daxil olub yüngül bir təzimlə salam verdi. Onun simasında ağır iztirabların izi və bir qətiyyət vardı....

QƏTİYYƏTLİ (ID - 24833)

sif. İşində və ya sözündə səbatlı, əzmli, dəyanətli, möhkəm; sözündən dönməz, cəsarətli. Qətiyyətli adam. Qətiyyətli (z.) hərəkət etmək.

QƏTİYYƏTLİLİK (ID - 24834)

is. İşdə və ya sözdə səbat, dayanıqlıq, möhkəmlik, dönməzlik; cəsarətlilik.

QƏTİYYƏTSİZ (ID - 24835)

sif. İşində və ya sözündə möhkəm olmayan; səbatsız, cəsarətsiz, zəif iradəli, bir fikirdə qalmayan, mütərəddid. Qətiyyətsiz adam. - Firidun qətiyyətsiz və qeyri-müəyyən istəklərin dumanlatdığı gözlərini ona çevirdi....

QƏTİYYƏTSİZLİK (ID - 24836)

is. İşdə və ya sözdə səbatsızlıq, mütərəddidlik, iradə zəifliyi.

QƏTL (ID - 24837)

is. [ər.] 1. Öldürmə, öldürülmə. Dilbər əlində aşiqin qətli nədən həram ola; Aşiqə çün həlal edər vəslini qan bahasına. Nəsimi. Mənə deyirlər ki, filankəs babidir; yəni mürtəddir. Mən də bilirəm ki, onun qətli vacibdir....

QƏTLGAH (ID - 24838)

is. [ər. qətl, fars. ...gah] Adam öldürülən yer. 0ah bağı indi həqiqi bir sallaqxana, qətlgah və işgəncə ocağını xatırladırdı. P.Makulu. // məc. Müharibə meydanı.

QƏTL-QARƏT (ID - 24839)

is. [ər.] Adam öldürməklə müşayiət edilən qarət, soyğunçuluq. Biz yalnız Təbrizdə qətl-qarətin qarşısını almaq üçün deyil, lazım görüldüyü zaman Təbrizə daxil olan qüvvətin tərk-silah olunması üçün də hazırlıq...

QƏTNAMƏ (ID - 24840)

is. [ər. qət və fars. ...namə] bax qərar1 1-ci mənada. Iclasın qətnaməsi. Qətnamə yazmaq. - Qədirin iştirak etdiyi elə bir iclas yox idi ki, protokolun ayağında qətnaməyə zidd gedən olmasın. Mir Cəlal.

QƏTRAN (ID - 24841)

[ər.] bax qatran. Kaşanələr ağaların, qazma bizim, viran bizim; Eyş onların, nuş onların, zəhər bizim, qətran bizim. M.Müşfiq.

QƏTRƏ (ID - 24842)

is. [ər.] Damcı. Otuz-qırx il bundan irəli bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki dilinə vurmazdı. C.Məmmədquluzadə. Artıq fəvvarədən sıçrayan qətrələr şəbnəm kimi onun [Dilşadın]...

QƏTRƏBƏQƏTRƏ (ID - 24843)

bax qətrə-qətrə. // Bir-bir. Vəzirləriniz əlimə düşsəydilər, sözləri qətrəbəqətrə düzərdim, qardaşlarım, ərz edərdim cənaba! N.Vəzirov.
qətrə-qətrə zərf Damcı-damcı. Qətrəqətrə saçılır didələrimdən qanlar....

QƏVAİD (ID - 24844)

is. [ər. “qaidə” söz. cəmi] köhn. Qaydalar, üsullar. Bu bilik sayəsində öz 0ərq musiqimizin qəvaidini daha tez.. dərk etmək və binaənileyh tərəqqisinə də daha artıq kömək etmək olar. Ü.Hacıbəyov.

QƏVİ (ID - 24845)

sif. [ər.] Qüvvətli, güclü, möhkəm. Beşinci tühaf “Sofi Hüseyn” adı ilə məşhur uzunboylu, ağ uzun saqqallı, qəvi heykəl bir kişi idi. Ə.Haqverdiyev. Indi [Toğrulun] qəvi əzələləri təpədən dırnağa kimi qorxunc bir əsəbilik...

QƏVVAS (ID - 24846)

is. [ər.] köhn. Batmış şeyləri və s. çıxarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc. // Klassik şeirdə və folklorda məcazi mənada işlənmişdir. Ayrılıq gölündə, qəm dəryasında; Təzə qəvvas olub üzən...

QƏYUR (ID - 24847)

sif. [ər.] Qeyrətli, qeyrət çəkən, qeyrətkeş, çalışqan. Doğrudan da, Aslan qayət qəyur, çalışqan bir uşaq idi. C.Cabbarlı.

QƏYYUM (ID - 24848)

is. [ər.] hüq. Həddi-büluğa çatmamış uşaqlara, yaxud ruhi xəstəlik üzündən öz işlərini idarə etməyə qabil olmayan şəxslərə və onların mal və mülkünə nəzarət edən adam. [Ağa Mərdan:] O vaxtdan mən ona [Zeynəbə] özümü...

QƏYYUMÇULUQ (ID - 24849)

is. Özünü qəyyum kimi göstərmə meyli, himayəçilik (mənfi mənada).

Bu səhifə dəfə baxılıb