Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ASPİRANT (ID - 1851)

is. [lat.] Elmi-tədqiqat fəaliyyəti üçün hazırlaşan şəxs.

ASPİRANTLIQ (ID - 1852)

is. Aspirantın işi, vəzifəsi. Aspirantlıq dövrü.

ASPİRANTURA (ID - 1853)

[lat.] 1. Ali məktəblərdə və ya elmi-tədqiqat idarələrində professor müəllim və elmi kadr hazırlama sistemi;
aspirantın keçdiyi elmi hazırlıq. [Şeyda:] ..Bitkiçilik institutunda bağçılıq aspiranturasını başa vurmuşam. Ə.Məmmədxanlı.
2....

ASPİRİN (ID - 1854)

[lat.] əcz. Hərarəti azaldan və ya ağrıkəsən dərman.

ASRAL (ID - 1855)

is. bot. b a x kəndirotu.

ASRALLIQ (ID - 1856)

is. Asral bitən yer.

ASSA (ID - 1857)

dan. İti və coşqun rəqs ifa edilərkən söylənilən nida.

ASSİMİLYASİYA (ID - 1858)

[lat.] 1. dilç. Bir səsin yanındakı səsə bənzədilməsi, məs.: annamaq (anlamaq), atdar (atlar) və s.
Bir xalqın başqa bir xalqın dilini, adətlərini və s.-ni qəbul etməsi nəticəsində onun içərisində əriyib getməsi. Zorakı...

ASSİMİLYATOR (ID - 1859)

[lat.] Hakim millətin dilini, mədəniyyətini, adətlərini və s.-ni zorla məhkum xalqa qəbul etdirməklə, onun milli varlığını məhv etməyə çalışan.

ASSİMİLYATORLUQ (ID - 1860)

is. Hakim millətin öz dilini, mədəniyyətini, adətlərini və s.-ni zorla məhkum millətə qəbul etdirməyə, onun milli varlığını məhv etməyə çalışması.

ASSİSTENT (ID - 1861)

[lat.] 1. Mütəxəssis köməkçisi; ali məktəblərdə mühazirə oxuyarkən və ya laboratoriya və əməli məşğələlər keçərkən professora kömək edən şəxs.
// Xəstəliyin gedişini müşahidə edən, əməliyyat zamanı cərraha...

ASSİSTENTLİK (ID - 1862)

is. Assistentin işi, vəzifəsi. Assistentlik etmək.

ASSORTİMENT (ID - 1863)

[fr.] Bir malın müxtəlif növləri; çeşid. Aptekdə olan dərman assortimentinin demək olar ki, 40 faizini dərman bitkiləri təşkil edir. R.Əliyev

ASSURİLƏR (ID - 1864)

cəm tar. Eramızdan əvvəl 3-cü minilliyin axırından VII əsrin axırına qədər Qərbi Asiyanın ən qədim dövlətlərindən biri olan Assuriyanın əhalisi.

ASSURİŞÜNAS (ID - 1865)

is. Qədim Assuriya tarix və mədəniyyətini tədqiq edən alim.

ASSURİŞÜNASLIQ (ID - 1866)

is. Qədim Assuriya tarix və mədəniyyətinə aid elmlərin məcmusu. [Konqresdə] misirşünaslıq, assurişünaslıq, ərəb ölkələrinin tarixi, hindşünaslıq bölmələri.. işə başlamışdır. (Qəzetlərdən).

ASTA (ID - 1867)

zərf Yavaş, yavaşca, aram ilə, üsullu, ağır. Asta qanad çalın, qafil telləri; Heyifdir, salarsız düzə, durnalar! M.P.Vaqif. Qaranlıq düşəndə qulağını çat; Asta get, nalının səsini alçalt! S.Vurğun.
asta-asta zərf Ağır-ağır,...

ASTABAASTA (ID - 1868)

b a x asta-asta. Su gələr asta gedər; Astabaasta gedər; İlqarsız qız yanından; Sağ olan xəstə gedər. (Bayatı).

ASTACA (ID - 1869)

b a x astadan. Qapını astaca döymək. - Furqon astaca cırıldayırdı. M.İbrahimov.

ASTADAN (ID - 1870)

zərf Yavaşcadan, səsi çıxmadan, səs çıxarmadan. Astadan danışmaq. Astadan gülmək. - Qəhrəman astadan zümzümə etməyə başladı. Ə.Vəliyev. Cuma astadan soruşdu: - Gədə hanı?.. Ə.Əbülhəsən.

ASTAGƏL (ID - 1871)

sif. dan. Ağırtərpənən, yavaştərpənən. Astagəl adam.

ASTAQAÇAN (ID - 1872)

sif. Asta gedən, iti yeriməyən, ləngiyən. Astaqaçan namərddi. (Məsəl).

ASTALAŞDIRMA (ID - 1873)

“Astalaşdırmaq”dan fis.

ASTALAŞDIRMAQ (ID - 1874)

f. Yavaşıtmaq, bir şeyin sürətini, şiddətini, hərəkətini azaltmaq (tədriclə). Addımlarını bir az astalaşdır.

ASTALAŞMA (ID - 1875)

“Astalaşmaq”dan f.is.

ASTALAŞMAQ (ID - 1876)

f. Ağırlaşmaq, yavaşımaq, aramlaşmaq.

ASTALATMAQ (ID - 1877)

icb. dan. Yavaşıtmaq.

ASTALIQ (ID - 1878)

is. Yavaşlıq, ağırlıq, aramlıq, üsulluluq.

ASTALIQCA (ID - 1879)

zərf Üsulluca, yavaşcadan; əlaltından.

ASTANA1 (ID - 1880)

is. Kandar, qapının ağzı, qapının çərçivəsinin alt hissəsi. Qız evdən çıxıb qaçan vaxtda ayağı ilişdi astanaya. C.Məmmədquluzadə. Molla özünü itirdi; başmağını astanada qoyub oğru pişik kimi sürüşdü. Mir Cəlal. Astanada...

ASTANA2 (ID - 1881)

is. Su hövzələrində sərt suxurlardan yaranmış çıxıntı. Abşeron astanası.

ASTAR (ID - 1882)

is. 1. Paltarın və ya başqa bir şeyin iç tərəfinə tikilən və ya çəkilən parça. Yorğan astarı. Paltar astarı. İpək astar. Astar çəkmək.
Ümumiyyətlə, hər hansı bir şeyin iç, dal tərəfi; toxunma şeylərin tərs üzü. Xalçanın...

ASTARLAMA (ID - 1883)

“Astarlamaq”dan f.is.

ASTARLAMAQ (ID - 1884)

f. Astar çəkmək, astar keçirmək. Yorğanı astarlamaq. Döşəyi astarlamaq.

ASTARLANMA (ID - 1885)

“Astarlanmaq”dan fis.

ASTARLANMAQ (ID - 1886)

məch. Astar çəkilmək, astar keçirilmək.

ASTARLATMA (ID - 1887)

“Astarlatmaq”dan f.is.

ASTARLATMAQ (ID - 1888)

icb. Astar çəkdirmək.

ASTARLI (ID - 1889)

sif. Astarı olan, astar çəkilmiş. Astarlı palto. Astarlı yorğan.

ASTARLIQ (ID - 1890)

1. sif. Astara yarar, astar üçün olan. Astarlıq bez. Astarlıq satin. Astarlıq parça.
is. Astarlığa yarar parça. Mağazadan astarlıq aldım. İpək astarlıq.

ASTARSIZ (ID - 1891)

sif. Astarı olmayan, astar çəkilməmiş. Astarsız palto. - Maral astarsız kostyumunu götürdü. Ə.Əbülhəsən. Dəmirov astarsızpencəyini düymələdi. S.Rəhimov.

ASTMA (ID - 1892)

[yun.] tib. Bəzi ürək və bronx xəstəlikləri nəticəsində əmələ gələn təngnəfəslik (xəstəlik). Ürək astması. Bronxial astma.

ASTMALI (ID - 1893)

sif. tib. Astma xəstəliyi olan. Astmalı xəstə.

ASTROBİOLOGİYA (ID - 1894)

is. [yun.] O biri planetlərdə (göy cisimlərində) həyat olubolmaması problemlərini öyrənən elm.

ASTROBOTANİKA (ID - 1895)

is. [yun.] Astrobiologiyanın Günəş sistemi planetlərində fərz olunan bitkiləri tədqiq edən bölməsi.

ASTROFİZİK (ID - 1896)

[yun.] Astrofizika ilə məşğul olan alim. Bundan istifadə edərək, astrofiziklər bir çox ulduzların və göy cisimlərinin temperaturunu öyrənirlər.

ASTROFIZİKA (ID - 1897)

[yun.] Astronomiyanın göy cisimlərinin fiziki hadisələrini və kimyəvi xassələrini öyrənən şöbəsi. Astrofizika göy cisimlərinin buraxdığı şüa enerjisini fiziki üsullarla tədqiq edir.

ASTROQRAF (ID - 1898)

is. [yun.] b a x teleskop. Göy cisimlərinin fotoşəklini çəkmək üçün astronomik cihaz. Astroqrafın ikinci adı teleskopdur.

ASTRONAVİQASİYA (ID - 1899)

is. [yun.] Göy cisimlərinin meridianda hündürlüyünü ölçməklə hərəkət edən obyektin yerini və hərəkət istiqamətini təyinetmə üsulu. Astronaviqasiya ölçü işləri.

ASTRONAVT (ID - 1900)

[yun.] 1. Astronavtika mütəxəssisi.
Uçucu aparatlarda uzaq fəzalara uçan şəxs, təyyarəçi. Raketin kabinəsində raket mühərrikinin dartı qüvvəsi çəkinin artmasına səbəb olur ki, astronavt da bunu hiss etməlidir.

Bu səhifə dəfə baxılıb