/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 95
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ALAFLAMAQ (ID - 941)

f dan. Heyvana alaf vermək, yem vermək.

ALAFRANQA (ID - 942)

ALAGÖL (ID - 943)

is. Adda-budda göllər olan yer.

ALAGÖZ(LÜ) (ID - 944)

sif. İri açıq-mavi gözlü. Alagöz oğlan. Alagöz qız. - Kirpiginin əsiriyəm şol alagözlü fitnənin. Nəsimi. Darvaza açıldı; içəri alagözlü, sarı, qısa saqqallı, geniş kürəkli .. bir adam girdi. Çəmənzəminli. Alagöz bir...

ALAGÜLLÜK (ID - 945)

is. zool. Rəngi ala-bula uzunsov bir cücü.

ALAĞAC (ID - 946)

is. dan. 1. Sərhədlərdə basdırılan nişan ağacı.
2. Məsafəni göstərmək üçün yol kənarlarında basdırılan ağac.

ALAHI (ID - 947)

sif. [ər.] dan. Ayrı, başqa, digər, əlahiddə. [İçərişəhərli:] Hər dəfə ki, mənim köpəyim bir alahı köpəyi boğurdu, elə bilirdim ki, on buruğum birdən fantan verirdi. Ə.Haqverdiyev.

ALAX-BULAX (ID - 948)

sif. məh. Sözünün üstündə durmayan, fikrini tez-tez dəyişən. Alax-bulax adam.

ALAKEŞ1 (ID - 949)

is. Alaq otlarını kəsmək üçün alət. Kəndli qadın əlində alakeş, kürək, toxa gəlirdi. Mir Cəlal.

ALAKEŞ2 (ID - 950)

sif. məh. Qarnının altı ala olan heyvan. Alakeş inək.

Bu səhifə dəfə baxılıb

Bağla