/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 87
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AKUSTİK (ID - 861)

sif Akustikaya aid olan. Akustik cihazlar. Akustik titrəyiş.

AKUSTİKA (ID - 862)

[yun.] 1. Fizikanın səs bəhsi.
2. Binanın (məs.: teatr, kino salonunun və s.-nin) daxilində səsi əksetdirmə qabiliyyəti.
// Bina içərisində musiqinin, nitqin və s. səsinin eşidilmə dərəcəsi.

AKUŞKA (ID - 863)

AKVAREL (ID - 864)

is. [fr.] rəss. 1. Su ilə qarışdırılmış rəng.
2. Bu rənglərlə işlənmiş rəssamlıq əsəri. Rəssamın “Məcnun səhrada ” adlı qara akvarelində, çöllərdə sərgərdan gəzən Məcnunun arıq bədənini yalnız iki heyvan -...

AKVARELÇİ (ID - 865)

is. Sulu boya ilə şəkil çəkən rəssam.

AKVARİUM (ID - 866)

is. [lat.] 1. Su heyvanlarını və bitkilərini saxlamaq və çoxaltmaq üçün şüşə qab.
2. Tədqiqat və ya nümayiş etdirmək üçün su heyvanları və bitkiləri saxlanan müəssisə.

AQ (ID - 867)

[ər.] b a x ag4#.

AQAVA (ID - 868)

is. [yun.] bot. Qısa gövdəli bitki cinsi.

AQİBƏT (ID - 869)

is. [ər.] Son, axır, nəticə, nəhayət. [Piri baba:] Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. S.S.Axundov. Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdü. M.İbrahimov.
// Ara söz mənasında. Ey...

AQİBƏTLİ (ID - 870)

sif. Müvəffəqiyyətlə nəticələnən, axırı yaxşı olan, uğurlu.

Bu səhifə dəfə baxılıb

Bağla