/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 223
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AVTOMATLAŞDIRILMAQ (ID - 2221)

məch. Avtomatlar tətbiq edilmək. Universal rentgen ekranlarının işləməsi avtomatlaşdırılmışdır.

AVTOMATLAŞDIRILMIŞ (ID - 2222)

“Avtomatlaşdırılmaq”dan f.sif. Avtomatlaşdırılmış zavodda beton hazırlanacaq, hazır beton isə konveyerlərlə tikinti sahəsinə veriləcəkdir.

AVTOMATLAŞDIRMA (ID - 2223)

“Avtomatlaşdırmaq”dan f.is. Tamaşaçılar filmlər nümayiş etdirilməzdən əvvəl, avtomatlaşdırma sahəsində çalışan mütəxəssislərin mühazirələrini dinləyirlər. (Qəzetlərdən).

AVTOMATLAŞDIRMAQ (ID - 2224)

f. 1. İstehsal prosesində avtomatlar tətbiq etmək. Bu proses .. istehsalatı mexanikləşdirmək və avtomatlaşdırmaq yolu ilə həyata keçirilir. (Qəzetlərdən).
2. İnsanın hərəkətlərini şüurilikdən çıxarıb qeyri-şüuri hərəkətə...

AVTOMOBİL (ID - 2225)

[lat.] Torpaq, asvalt və daş yollarda adam və yük daşıyan motorlu nəqliyyat vasitəsi. Yük avtomobili. Minik avtomobili. Avtomobil nəqliyyatı. Sükan avtomobilin hərəkətinə istiqamət verir.

AVTOMOBİLÇİ (ID - 2226)

is. 1. Avtomobil işi mütəxəssisi.
2. Avtomobil idmanı ilə məşğul olan adam. Avtomobilçilərin yarışı.

AVTOMÜFƏTTİŞ (ID - 2227)

[yun. avto və ər. müfəttiş] Avtomobil nəqliyyatı hərəkətinə və işinə nəzarət edən şəxs. Avtomüfəttiş Tahirin qabağını kəsdi. M.Hüseyn.

AVTOPORTRET (ID - 2228)

[yun. avto və /r. portret] Rəssamın özü tərəfindən çəkilmiş şəkli. Avtoportretin ən mükəmməl nümunələrini Rembrandt yaratmışdır.

AVTOREFERAT (ID - 2229)

[yun. avto və lat. refero] Bir elmi əsərin müəllifin özü tərəfindən yazılmış xülasəsi. Doktorluq dissertasiyasının avtore/eratı.

AVTORİTET (ID - 2230)

[alm.] 1. Nüfuz, etibar, səlahiyyət. Avtoritet qazanmaq. Avtoritetdən düşmək.
2. Nüfuzlu adam. Kimya sahəsində böyük avtoritet. - Qəbiristanda qulyabanı olmaz, xortdandır, - deyə başqa bir uşaq da söhbətə girişərək, bilən adamlar...

Bu səhifə dəfə baxılıb

Bağla