/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 215
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AVANI (ID - 2141)

sif. məh. Ehtiyatlı, tədbirli. Aslan bəy bir az avanı oğlandır, o, işini möhkəm aparıb, heç zad eyləyə bilməzsən. N.Vəzirov.

AVANQARD (ID - 2142)

[fr.] Ön dəstə, qabaqcıl dəstə; pişdar.
// məc. Hər hansı bir ictimai qrupun, sinfin kütləni öz arxasınca aparan qabaqcıl hissəsi.

AVANQARDLIQ (ID - 2143)

is. Qabaqcıllıq; rəhbərlik. İşçi sinfinin avanqardlıq rolu.

AVANS (ID - 2144)

is. [fr.] Əvvəlcədən ödəmə, beh. Avans almaq. Avans vermək.
2. Müəyyən xərclər üçün qabaqcadan verilən pul. Ezamiyyətə getmək üçün idarədən avans almaq. Avans almaq hüququ.

AVANTÜRA (ID - 2145)

[fr.] Təsadüfi müvəffəqiyyət ümidi ilə edilən şübhəli təşəbbüs, həqiqi qüvvə və şəraiti nəzərə almadan görülən iş; xətərli təşəbbüs, macəra. ..Miss Hanna avantüranı sürətlə hiss edən, .. bərkə düşərsə özünü...

AVANTÜRAÇI (ID - 2146)

is. Macəraçı, macəra axtaran, avantüra düzəldən, fırıldaqçı.

AVANTÜRAÇILIQ (ID - 2147)

is. Avantüraya meyil (b a x avantüra).

AVANTÜRİST (ID - 2148)

[fr.] bax avantüraçı. Rayon işçiləri çox Möhlətov kimi avantüristlərin maskasını yırtmışdır.. Mir Cəlal. [Şahsuvarov:] İnsan nə qədər avantürist olmalıdır ki, belə işlər tutsun. İ.Əfəndiyev. [Çar] hökuməti .. canilərin,...

AVANTÜRİZM (ID - 2149)

[fr.] b a x avantüraçılıq.

AVAR1 (ID - 2150)

is. Qayığı sürmək üçün kürək, qayıqçı kürəyi. Avar çəkmək. - Şamil bütün qüvvəti ilə avar çəkərək, qayığı gölün o biri sahilinə doğru sürürdü. A.Şaiq. Bədən tərbiyəsi hərəkətləri ilə, xüsusən idmanın...

Bu səhifə dəfə baxılıb

Bağla