/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 209
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ATİL (ID - 2081)

sif. [ər.] Tənbəl, ətalətli, fəaliyyətsiz. Atil adam. - Xatirindən sil o mövhumatı; Ki, edibdir səni tənbəl, atil. A.Səhhət.

ATİLLİK (ID - 2082)

is. Fəaliyyətsizlik, hərəkətsizlik, işsizlik, təşəbbüssüzlük; boş durma, tənbəllik, ətalət. Atillik etmək.

ATQAYTARAN (ID - 2083)

is. məh. İri tikanlı ot, qanqal.

ATQI (ID - 2084)

is. 1. Bir şeyin üzərindən atılan tir və s.
Toxuculuqda: ərişin üstünə gələn və məkiklə atılan arğac ipi.
Qadınlarda başa salınan şey, örpək və s.
məh. Taxılın yeməyə yaramayan hissəsi; tullantı.
məh. Şana,...

ATQULAĞI (ID - 2085)

zərf məh. Qoşa, bir təndə, bərabər. Əkinlər bir təndə, atqulağı qalxmışdı. - Anamın dediyinə görə biz atqulağı yaşıdıq. Ə.Vəliyev.

ATQULANCARI (ID - 2086)

is. bot. Bozumtul iri qulancar.

ATLAMA (ID - 2087)

is. Su qatılaraq duru hala salınmış qatıq; ayran. Yayın atlaması, qışın umacı. (Ata. sözü).

ATLAMAQ (ID - 2088)

f. 1. Aşmaq, aşıb keçmək, üstündən keçmək, keçmək. Arxı adlamamış özünü öymə. N.Vəzirov. [Şeyx Hadi:] ..Gəzdik az-çox Yəmən diyarində; Azacıq sonra atladıq Hində. H.Cavid.
Buraxmaq, buraxıb keçmək. Kitabı oxuyarkən...

ATLANBAC (ID - 2089)

is. Uşaqların bellərini əyərək bir-birinin dalından atılmaqla oynadıqları oyun.

ATLANDIRMA (ID - 2090)

1. “Atlandırmaq”dan f.is.
2. is. etnoqr. Kənd toylarında gəlini bəy evinə aparmaq üçün ata mindirdikdə və atlılar ata mindikdə zurna ilə çalınan havanın adı.

Bu səhifə dəfə baxılıb

Bağla