/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 208
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ATICILIQ (ID - 2071)

ATIL-BATIL (ID - 2072)

is. bot. Cənub rayonlarında yayılmış quraqlıqsevən çoxillik bitki.

ATILMA (ID - 2073)

“Atılmaq”dan f.is.

ATILMAQ (ID - 2074)

1. “Atmaq”dan məch.
t-siz. Bir şeyin üstündən hoppanmaq, hoppanıb tullanmaq. Xəndəkdən atılıb keçmək.
// Hündür yerdən aşağıya tullanmaq, tullanıb düşmək. Barıdan atılmaq. Barıdan atılmaq. Dənizə atılmaq. Pəncərədən...

ATIM (ID - 2075)

is. 1. Atmaq işi.
Yalnız bir, iki və s. sözü ilə: bir atım
bir dəfə atmağa, işlədilməyə, bir dəfəliyə kifayət edəcək miqdar. Bir atım çay. Bir atım barıt.

ATIM-ATIM (ID - 2076)

zərf Dağılmış, tökülmüş, səpələnmiş halda. [Leyla] pambıq kimi atım-atım edilmiş evdə, əli qoynunda oturub Qulamı gözlədi. Mir Cəlal.

ATIŞ (ID - 2077)

is. Tüfəng, tapança və s. atmaq işi və üsulu. Atış meydanı.

ATIŞMA (ID - 2078)

is. 1. İki tərəfın, ya iki adamın qarşı-qarşıya durub bir-birinə güllə atması, atəş açması. Tətillər, atışmalar, üsyanlar, axırda isə işçilər hakimliyi, zəhmət ağalığı Məhərrəmin gözləri önündə canlandı. H.Nəzərli.
...

ATIŞMAQ (ID - 2079)

qarş. 1. Qarşı-qarşıya durub, bir-birinə güllə atmaq. [Mahmud:] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır. Ə.Haqverdiyev. Adamlar həmişə qorxurdular ki, bu saat [qoçular] atışacaq və arada yoldan keçən təqsirsiz...

ATİ (ID - 2080)

is. [ər.] köhn. şair. 1. Gələcək. Onda guya gülümsəyir ati. C.Cabbarlı.
2. Yer. halında: atidə - aşağıda, altda. Nuxa şairlərindən məşhur İsmayıl bəy “Nakam ” təxəllüs Füzulinin atidə zikr olunan müsəddəsinə yazdığı...

Bu səhifə dəfə baxılıb

Bağla