/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 207
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ATƏŞNAK (ID - 2061)

sif. [fars.] 1. Odlu, atəşin, hərarətli, qızğın.
2. məc. Çox təsirli.

ATƏŞPARƏ (ID - 2062)

is. [fars.] Od parçası, qığılcım, şərarə.

ATƏŞPƏRƏST (ID - 2063)

is. [fars.] İbtidai cəmiyyətdə: oda ibadət edən, odu ilahi qüvvə sayıb ona sitayiş edən adam. Atəşpərəstlərin öz kitablarından alınan tarixi xəbərlər oxucular üçün həm yeni və həm də maraqlı ola bilər. M.F.Axundzadə.

ATƏŞPƏRƏSTLİK (ID - 2064)

is. Oda sitayiş etmə, atəşpərəstlərin dini. Hələ tarixi miladidən çox-çox əvvəl, atəşpərəstlik meydana çıxdığı zaman bizim qədim babalarımız bir sıra atəşgahlar qurub, oda sitayiş edərlərmiş. M.Hüseyn.

ATƏŞRƏNG (ID - 2065)

sif. [fars.] Od rəngli, od rəngində olan; qırmızı. Atəşrəng şərab.

ATƏŞZAR (ID - 2066)

is. [fars.] Odluq, od olan yer.

ATƏŞZƏBAN (ID - 2067)

sif. [fars.] Odlu danışan, ağzından od tökülən, son dərəcə təsirli söz və ya nitq söyləmək qabiliyyəti olan; sözükəsərli, yaxşı natiq.

ATƏVƏLİYİ (ID - 2068)

is. bot. Çoxillik bir bitki. Atəvəliyi çoxillik bitki olub yerüstü gövdəsinin uzunluğu 1,5 m-ə çatır. Kökyanı yerüstü gövdəsinin aşağı hissələrindəki yarpaqları çox böyük olur. R.Əliyev

ATIB-TUTMAQ (ID - 2069)

f. 1. Bir şeyi əlləri ilə yuxarıya atmaq və yerə düşərkən tutmaq. Paltarlarımızı tamam çıxarıb adama bir fitə tutardıq və sonra on-on beş girvənkə gələn ağac milləri atıb-tutardıq, oynadardıq. Günümüz elə zorxanada keçərdi....

ATICI (ID - 2070)

1. sif. Yaxşı tüfəng atan, yaxşı nişan vuran; mahir nişançı.
// tar. Nişançı. Fəhlələrdən təşkil edilmiş atıcı dəstələri birinci gün lazımi kömək göstərə bilmədilər.. A.Şaiq.
// İs. mənasında. Cavanşir elinə...

Bu səhifə dəfə baxılıb

Bağla