/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 202
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ATA-BABA (ID - 2011)

is. Əcdad, ulu baba, nəslin ilk baniləri. Ata-baba yurdu. Ata-baba qaydası. Onun ata-babası kəndli olmuşdur.
Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu... N.Nərimanov. [Cahan:] Sən gəl, ata-baba yolu ilə evlən. Ü.Hacıbəyov....

ATA-BALA (ID - 2012)

is. Ata ilə oğlu, ya qızı. [Hacı Murad:] İrəli gəl, əyləş. Bir az ata-bala dərdləşək. S.S.Axundov. Ata-bala .. parlaq şimal ulduzuna doğru yol aldılar. Mir Cəlal.
Atalı-balalı - ata ilə oğlu (oğulları), ya qızı (qızları)...

ATABİR (ID - 2013)

sif. Bir atadan törəmiş, ata tərəfdən doğma olan. Atabir qardaş. Onlar atabir, ana ayrı bacıdırlar. - Mənim tək bircə qardaşım var,.. atamın yadigarı, anamın yadigarı, atabir, anabir, doğma qardaş, ruhum və iki gözümün işığı....

ATADANBİR (ID - 2014)

b a x atabir.

ATADANQALMA (ID - 2015)

sif. İrs olaraq atadan qalmış. Atadanqalma ev. -.. Hacı Məcid(in) Diyallı kəndindəki atadanqalma evi məhz iki-üç dənə balaca örtülüdən ibarətdir. C.Məmmədquluzadə. [Cavad:] Ay Mirzə! Başına dolanım, atadanqalma bir parça yerim...

ATALI (ID - 2016)

sif. Atası olan. Atalı uşaq. Atalı (z.) böyümək.

ATALI-ANALI (ID - 2017)

1. B a x ata-analı. “Gərdəkdə” gəlin üçün oturmağa bir kürsü qoyub, üstə atalı-analı iki-üç yaşar bir oğlan uşağı oturdarlar. R.Əfəndiyev.
2. Atası və anası ilə bir yerdə, bərabər.

ATALIQ (ID - 2018)

is. 1. Ata ilə övlad arasındakı qan qohumluğu. Atalığını müəyyən etmək. Atalığını danmaq.
Ata üzərinə düşən vəzifə, borc. Atalıq vəzifəsi. - Etmişik ifa atalıq mehrini; Çəkmişik övladımızın fikrini. M.Ə.Sabir....

ATAMAN (ID - 2019)

is. 1. tar. Rusiyada: kazak vilayətlərində və qədimdə kazak qoşunlarında hərbi inzibati vəzifələrin adı. Qoşun atamanı. Kazak atamanı.
Rusiyada vətəndaş müharibəsi dövründə: ağqvardiyaçı dəstələrinin başçısı (Ukraynada,...

ATAMANLIQ (ID - 2020)

is. dan. Başçılıq (mənfi mənada). Atamanlıq etmək.

Bu səhifə dəfə baxılıb

Bağla