/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 201
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AŞURA (ID - 2001)

is. [ər.] din. Məhərrəm ayının 10-cu günü (İmam Hüseynin qətl olunduğu gün). Aşura günü tək bir səhər çağı; Yığdı ərradəyə övrət-uşağı. Q.Zakir. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı....

AŞÜFTƏ (ID - 2002)

sif. [fars.] klas. 1. Əhvalı pozulmuş, pərişan, qarışıq. Şikəstə xatirü məhzun, sözü aşüftə, digərgun; Tutub nəqşi-rəhi Məcnun, gəzər vəhşi kimi səhra. Nəbati. Qurd dedi: çox-çox yanıram halına; Xatirim aşüftədir əhvalına....

AŞÜFTƏLİK (ID - 2003)

is. 1. Əhvalı pozğunluq, pərişanlıq. Oldu, Vahid, xatirimdə cəmkən aşüftəlik; Müttəsil çəkməkdən ol zülfipərişan fikrini. Ə.Vahid.
Məftunluq, dəlicəsinə vurğunluq, aşiqlik.

AŞÜFTƏHAL (ID - 2004)

zərf klas. Əhvalı pozğun, pərişan.
□ Aşüftəhal etmək (eyləmək) - əhvalını pozmaq, məyus etmək, pərişan etmək. Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər. Q.Zakir. Aşüftəhal olmaq - əhvalı pozulmaq, məyus olmaq,...

AT1 (ID - 2005)

is. 1. Qoşulan və minilən ev heyvanı. Kəhər at nalı neylər?! Ağ buxaq xalı neylər.. (Bayatı). Ata minəndə özünü, atdan düşəndə atı unutma. (Ata. sözü). Uca atın üstündə oturub, kəndin alçaq divarlarından həyətin yarısını...

AT2 (ID - 2006)

is. Şahmatda filə bərabər fiqur.

ATA (ID - 2007)

is. 1. Övladı olan kişi; dədə. Doğma ata. Ögey ata. Bu uşaq lap atasına oxşayır.
Ata olmayan, ata qədrini bilməz. (Ata. sözü).
məc. Bir nəzəriyyənin, məsələnin və s.-nin banisi; rəhbər, yolgöstərən. M.F.Axundzadə Azərbaycan...

ATA-ANA (ID - 2008)

is. Öz övladına münasibətdə kişi və qadın; valideyn. Ata-analar öz uşaqlarının tərbiyəsinəfikir verməlidirlər. -Atanıananı görməsəydim, özünə xan deyərdim. (Məsəl). Tahir .. həm Nərgizin özünün, həm də ata-anasının...

ATA-ANALI (ID - 2009)

sif. Atası və anası olan. Ataanalı uşaq. Atanı-analı böyüsünlər.

ATA-ANASIZ (ID - 2010)

sif. Atası və anası olmayan; yetim. Ata-anasız uşaqlar. - [Hacı Murad:] Budur, on iki ildir ki, sən ata-anasız yetimi .. boya çatdırmışam. S.S.Axundov.

Bu səhifə dəfə baxılıb

Bağla