/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 173
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARTEL (ID - 1721)

[rus.] Müəyyən şərtlərlə birlikdə işləmək üçün düzəldilən təsərrüfat birliyi; birləşmə, şirkət. Balıqçılıq arteli. - Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. M.Hüseyn.
□...

ARTELÇİ (ID - 1722)

is. Artel üzvü.

ARTERİAL (ID - 1723)

sif. anat. Arteriyaya aid olan, arteriya ilə əlaqədar olan. Arterial qan.

ARTERİOSKLEROZ (ID - 1724)

[yun.] tib. Arteriya divarlarının qalınlaşıb bərkləşməsindən ibarət xəstəlik; arteriya sklerozu. Arterioskleroz, əsasən, yaşlı adamlarda müşahidə olunur.

ARTERİYA (ID - 1725)

[yun.] anat. Qanı ürəkdən bədənin müxtəlif üzvlərinə aparan damar. Arteriya sistemi.

ARTEZİAN (ID - 1726)

quyusu [fr.] Suyu təbii təzyiq altında özbaşma çıxan dərin quyu. Artezian sularının basqısı. - Bu su artezian quyuları vasitəsilə yerin altından çıxır və bir tərəfdən daim axıb getdiyindən hey təzələnir. M.İbrahimov.

ARTICAQ (ID - 1727)

zərf köhn. Bir qədər artıq, bir qədər çox, azacıq çox; daha artıq, artıq. [Ağa Mərdan:] Məni Hacı Qafurun arvadı yaraşıqlı görsə, əlbəttə, artıcaq sayar. M.F.Axundzadə. Amma xalq nə qədər artıcaq elm öyrənə, ol qədər...

ARTIQ (ID - 1728)

zərf və sif. 1. Çox, çoxlu, xeyli, olduqca, çoxlu miqdarda. [Fəxrəddin:] Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi.
// Daha çox, ziyadə. Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur. Füzuli. Zeynəb...

ARTIQ-ƏSKİK (ID - 1729)

1. sif və zərf Artıq, lüzumsuz, yersiz, münasibətsiz. [Səlimnaz xanım:] Mən bu cavan canımdan xeyir görməyim, balam, əgər mən ona artıq-əskik söz demişəmsə. N.Vəzirov. [Əli:] Kişi, artıq-əskik danışma! Heyvanları çölə çıxart....

ARTIQLAMAQ (ID - 1730)

f dan. Bir şeyin və ya xörəyin başından bir qədər yeyib, artığını qoymaq.

Bu səhifə dəfə baxılıb

Bağla