/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 172
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARŞINÇI (ID - 1711)

b a x arşınmalçı.

ARŞINLAMA (ID - 1712)

“Arşmlamaq”dan fis.

ARŞINLAMAQ (ID - 1713)

f. köhn. 1. Arşın ilə ölçmək.
2. məc. dan. Veyllənmək, dolaşmaq, boş-boşuna gəzmək. [Qadir:] Əlin şalvar cibində küçələri arşınlayırsan. Ə.Əbülhəsən.

ARŞINLANMAQ (ID - 1714)

məch. Arşın ilə ölçülmək.

ARŞINLIQ (ID - 1715)

sif. Bir arşın uzunluğunda, enində, ya dərinliyində olan. Arşınlıq quyu.
// Rəqəmlərlə. [Veys:] Çiynimdə mən dörd arşınlıq girdini .. meşədən gətirəndə belə yorulmazdım. Ə.Əbülhəsən.

ARŞINMALÇI (ID - 1716)

is. köhn. Dalında boğçada arşınmalı gəzdirib satan adam. [Qızlar xoru:] Arşınmalçı, mal göstər; Bir-bir yerə sal göstər. Ü.Hacıbəyov.

ARŞINMALÇILIQ (ID - 1717)

is. Arşınmalı satma işi, bəzzazlıq. [Gülçöhrə:] Amma, məncə, arşınmalçılıq pis iş deyil ki, o da tacir kimi bir şeydir. Ü.Hacıbəyov.

ARŞINMALI (ID - 1718)

is. Toxunma mallar: çit, mahud, bez və s.; parça.

ARŞINOLÇƏN (ID - 1719)

is. köhn. dan. Arşınmalçı, bəzzaz, arşınmalı satan tacir. [Əziz bəy:] Nə karədir ki, bir arşınölçən mənim adaxlıma göz dikə! M.F.Axundzadə.

ARTAN (ID - 1720)

f.sif. Getdikcə çoxalan, böyüyən; getdikcə güclənən, şiddətlənən. Küləyin artan sürəti.

Bu səhifə dəfə baxılıb

Bağla