/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 170
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARPALAMA (ID - 1691)

“Arpalamaq”dan f.is.

ARPALAMAQ (ID - 1692)

f. Heyvana arpa vermək. Axşamüstü Niyaz tövləyə girir, atların çulunu açır, tumarlayır, yenə də suya aparıb gətirir, arpalayırdı. Ə.Vəliyev.

ARPALANMA (ID - 1693)

“Arpalanmaq”dan f.is.

ARPALANMAQ (ID - 1694)

məch. Arpa verilmək, arpa ilə yemlənmək.

ARPALI (ID - 1695)

sif. köhn. Arpası olan (b a x arpa 2ci mənada). Arpalı boyunbağı. Arpalı başlıq.

ARPALIQ (ID - 1696)

1. sif. Arpaya aid və mənsub olan.
2. is. Atların azı dişlərindəki çökəklik, çuxur.

ARPA-SAMAN (ID - 1697)

is. Arpa və samandan ibarət heyvan (at, eşşək) yemi. [Tükəzban təlimatçıya:] Bir yaxşı donluq da vermirsiniz ki, ata verdiyim arpa-samanın pulu çıxsın, barı.. B.Talıblı.

ARPASUYU (ID - 1698)

is. dan. Pivə.

ARSEN (ID - 1699)

[lat.] kim. Asan əzilən, kövrək, boz, ya sarı rəngli qeyri-metal; kimyəvi element. Arsenin bütün birləşmələri çox zəhərli maddələrdir.

ARSENİTLƏR (ID - 1700)

cəm (kim.). Arsenit turşusu duzları.

Bu səhifə dəfə baxılıb

Bağla