/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 164
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARIQCA (ID - 1631)

sif. Çox arıq. Arıqca bir uşaq.
// Bir qədər arıq, arıqtəhər. İdarə başçısı orta yaşlı, qarayağız, arıqca bir adam idi. Mir Cəlal.

ARIQLAMA (ID - 1632)

“Arıqlamaq”dan f.is.

ARIQLAMAQ (ID - 1633)

f Zəifləmək, ətini tökmək, cansızlaşmaq. Xəstəlikdən sonra arıqlamaq. İstidən arıqlamaq.

ARIQLAŞMA (ID - 1634)

“Arıqlaşmaq”dan f.is.

ARIQLAŞMAQ (ID - 1635)

f Yavaş-yavaş, getdikcə arıqlamaq, sısqalaşmaq, zəifləşmək, cansızlaşmaq, əti-yağı tökülmək.

ARIQLATMA (ID - 1636)

“Arıqlatmaq”dan f.is.

ARIQLATMAQ (ID - 1637)

f Birinin arıqlamasına, cansızlaşmasına, ətini tökməsinə səbəb olmaq. İsti məni arıqlatdı. Atı çox sürməkdən arıqlatmaq.

ARIQLIQ (ID - 1638)

is. Arıq adamın, ya heyvanın halı; sısqalıq, cılızlıq, zəiflik, ətsizlik, cansızlıq (köklük ziddi). Uşağın arıqlığı. Atın arıqlığına baxma, çox güclüdür.

ARIQ-URUQ (ID - 1639)

b a x arıq.

ARIQUŞU (ID - 1640)

is. zool. Yaşımtıl rəngli, sərçədən bir az böyük meşə quşu.

Bu səhifə dəfə baxılıb

Bağla