/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 163
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARXLAMA (ID - 1621)

“Arxlamaq”dan f.is.

ARXLAMAQ (ID - 1622)

f. k.t. Şitil və s. əkmək üçün kiçik arxlar, dayaz çuxurlar qazmaq. Aprelin axırına kimi qızlar sahələri arxlayaraq bütün şitilləri basdırdılar.

ARI1 (ID - 1623)

is. 1. Zərqanadlılar fəsiləsindən olub bal hasil edən cücü. Arı beçəsi (cavan arı). Arı pətəyi, səbəti, təknəsi (arıları saxlamaq üçün xüsusi qutu). Arı şanı (arıların təknədə mumdan hördükləri göz-göz yuvacıqlar)....

ARI2 (ID - 1624)

sif. köhn. Təmiz, saf, xalis, duru, parlaq, pak. Qazan bəg .. arı sudan abdəst aldı. “Dədə Qorqud”. Aydan arı, sudan duru. (Məsəl).

ARIÇI (ID - 1625)

is. Arı saxlayan, arıçılıqla məşğul olan adam. Qəhrəman arıçının əməyini təqdir edir, balaca Sabirə arıların yaşayış qaydalarından nağıl edirdi. S.Rəhimov.

ARIÇILIQ (ID - 1626)

is. Bal hasil etmək üçün arı saxlama, arı yetişdirmə. Arıçılıqla məşğul olmaq. Arıçılıq kənd təsərrüfatının çox gəlirli sahələrindən biridir. Arıçılıq hələ eramızdan əvvəl məlum idi.

ARIDILMA (ID - 1627)

“Arıdılmaq”dan f.is.

ARIDILMAQ (ID - 1628)

ARIXANA (ID - 1629)

is. Arı pətəkləri yerləşən yer, arıçılıq təsərrüfatı. Arıxanada arı pətəkləri şahmat üsulu ilə düzülür. - Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. S.Rəhimov.

ARIQ (ID - 1630)

sif. Cılız, sısqa, zəif, cansız, ətsizyağsız (kök ziddi). Arıq adam. Arıq quzu.
Uzunboylu, arıq sifətli, açıq, mavi gözləri
ilə sakit-sakit baxan bu qoca usta, tövrünü pozmadan, yavaş-yavaş yerindən qalxdı. M.Hüseyn.

Bu səhifə dəfə baxılıb

Bağla