/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 158
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARĞACLANMAQ (ID - 1571)

məch. toxuc. Xanaya arğac keçirilmək.

ARĞACLIQ (ID - 1572)

is. toxuc. Arğac üçün yararlı. Arğaclıq ip.

ARĞALI (ID - 1573)

is. məh. Vəhşi qoç.

ARĞAZ (ID - 1574)

sif məh. Nə kök, nə arıq. Bu dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı. A.Divanbəyoğlu. Bu danışığa qulaq asan hündürboylu arğaz kişi [Alo ilə Qəmərin] söhbətinə qarışdı. S.Rəhimov.

ARĞIN (ID - 1575)

yorğun-arğın - b a x yorğunarğın.

ARX (ID - 1576)

is. Tarlaya, bostana və s.-yə su axıtmaq üçün açılan yol. Arxlar axır çay olur. - Yolun iki yanı ilə axan balaca arxlar axşamdan donmuşdu. M.Hüseyn.
Arxa bir də su gələr - “ümidini kəsmə” mənasında məsəl. Sirişki-çeşm...

ARXA (ID - 1577)

is. 1. İnsanın, heyvanın dalı, kürəyi, beli. Arxasına yükləmək. Arxasını çevirmək. Arxası üstə yerə gəlmək. - Qız arxası üstə uzanıb kitab oxuyurdu. N.Nərimanov. Tutulanların ikisinin arxasında iri şələ vardı. Ə.Vəliyev.
...

ARXABAARXA (ID - 1578)

zərf 1. Dal-dala.
2. məc. Bütün nəsillik. Su gəlsə arxa bəsdi; Dolansa çarxa bəsdi; Bir kərə üzün görsəm; Arxabaarxa bəsdi. (Bayatı).

ARXAC (ID - 1579)

is. məh. Qoyun, mal yatağı; ilin isti aylarında sürü və naxırların çöldə istirahət etdiyi yer. Arxac suvat yerindən 0,7-1 kilometr məsafədə seçilir. - Nəbinin qoyun sürüsü arxacın üst tərəfindəki yastanaya toplanmışdı. “Qaçaq...

ARXACLAMAQ (ID - 1580)

f. məh. Sürünü, qoyunu arxaca yığmaq.

Bu səhifə dəfə baxılıb

Bağla