/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 154
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARANLI (ID - 1531)

is. dan. Həmişə aranda yaşayan adam.

ARANLIQ (ID - 1532)

is. Aran yerlər.

ARANMA (ID - 1533)

“Aranmaq”dan fis.

ARANMAQ (ID - 1534)

məch. Axtarılmaq. Orda hər şey alın təri və zəhmətdən yaranardı; Yaşamaqçın ən müqəddəs, təmiz yollar aranardı. M.Dilbazi.

ARASIKƏSİLMƏZ (ID - 1535)

sif. Arası kəsilməyən, bir an belə dayanmayan, sürəkli, fasiləsiz. Arasıkəsilməz həmlə. Arasıkəsilməz yağış.
Çöldə çaqqalların ulaşması və cırcıramanın arasıkəsilməz nəğməsindən başqa, heç bir şey çayxananın...

ARA-SIRA (ID - 1536)

zərf Arabir, bəzən, hərdənbir, bəzi vaxt, bəzi hallarda, vaxtdan-vaxta. Səhərlərə məxsus olan nəsimdən ara-sıra yarpaqlar qımıldanır.. Yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü.
Şaiq. Kənddə...

ARAŞDIRICI (ID - 1537)

is. Axtarıcı, yoxlayıcı.
// Tədqiqatçı. Araşdırıcı məsələyə sistemli yanaşmalıdır.

ARAŞDIRILMA (ID - 1538)

“Araşdırılmaq”dan f.is.

ARAŞDIRILMAQ (ID - 1539)

məch. Axtarılmaq, yoxlanılmaq.
// Tədqiq edilmək.

ARAŞDIRMA (ID - 1540)

1. “Araşdırmaq”dan f.is.
is. Tədqiqat. Elmi araşdırmalar. Azərbaycan şifahi xalq ədəbiyyatına dair son araşdırmalar.

Bu səhifə dəfə baxılıb

Bağla