/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 153
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARAMAQ (ID - 1521)

/ Axtarmaq. Sən mükafatım insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Səhhət. Mühəndis yenə də öz dəftərçəsinin neft ilə yağlanmış vərəqlərini aramağa başladı. B.Talıblı.
Arayıb axtarmaq -...

ARAMCA (ID - 1522)

zərf Aramla, aram surətdə, ağır-ağır, yavaş-yavaş, yavaşca. [Bülənd] aramca atın cilovunu çəkir, at da ehtiyatla rahat addımlayırdı. Ə.Əbülhəsən.

ARAMGAH (ID - 1523)

is. [fars.] tənt. 1. İstirahət yeri, dayanılan yer; məskən, mənzil. Bu, bəzmixasi-ünsdür, aramgahi qüdsdür. Nəbati.
2. məc. Qəbir mənasında. Bura hündür, qübbəli divarları və qübbəsi başdan-başa kaşılarla örtülmüş bir...

ARAMLI (ID - 1524)

sif. 1. Səbirli, dözümlü.
Ağır, yavaş.

ARAMSIZ (ID - 1525)

1. sif. Aramı olmayan, qərar tapmayan, qərarsız, narahat; səbirsiz, dözümsüz. Həsən tramvay duracağında .. aramsız bir ürək çırpıntısı ilə Dilaranı gözləyirdi. M.İbrahimov.
zərf Səbirsizliklə. Havva qonağı aramsız gözləyirdi....

ARAMSIZLIQ (ID - 1526)

is. Qərarsızlıq, rahatsızlıq; səbirsizlik.

ARAN (ID - 1527)

is. Azərbaycanda: yaylaq yerlərə nisbətən alçaq və iqlimcə isti olan yerlər. Azərbaycanın əsas aran yerləri Muğan, Qarabağ, Şirvan və Mil düzləri hesab olunur. Yayda aran çox isti olur. - Əziziyəm bağ ilən; Bağça ilən, bağ...

ARANÇI (ID - 1528)

is. məh. köhn. 1. Yayda yaylağa köçməyib, öz təsərrüfatında qalıb işləyən kəndli.
// Aran yerlərdə yaşayan adam.
Arançılar damların üstündə, talvarlarda özlərinə yer salmışdılar. Qazma daxmalarda oturmaq mümkün...

ARANÇILIQ (ID - 1529)

is. köhn. Arançının işi, peşəsi.

ARANJİMAN (ID - 1530)

is. mus. 1. Bəstələnmə, tərtib etmə.
2. Uyğunlaşdırma.

Bu səhifə dəfə baxılıb

Bağla