/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 150
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ARAHƏKİMİ (ID - 1491)

is. Heç bir təhsili olmayan və qeyri-elmi üsullarla müalicə edən adam; türkəçarəçi.

ARAKÇEYEVÇİLİK (ID - 1492)

is. [Rusiya çarı I Aleksandr dövründə nazir olmuş Arakçeyevin adından] 1. XIX əsrin əvvəlində Rusiyada: qeyri-məhdud polis istibdadı, hərbi zümrənin başlı-başmalığı və xalq üzərində cəbr və zülm rejimi.
2. məc. Bir ovuc...

ARAKƏSİLMƏZLİK (ID - 1493)

is. Arasıkəsilməz şeyin halı, fasiləsizlik, davamlılıq, sürəklilik.

ARAKƏSMƏ (ID - 1494)

is. Bir otağı, yeri, binanı iki yerə ayıran yüngül divar; aralığa çəkilən divar, taxta və s. Evin arakəsməsi taxtadandır. Arakəsməni suvarmaq.
// Üzərinə parça çəkilmiş çərçivələrdən ibarət bükülən pərdə; şirma....

ARAQ (ID - 1495)

is. [ər.] 1. Meyvədən və s.-dən çəkilən spirtli içki. Tut arağı. Zoğal arağı. Araq çəkmək. - Ərəqlə badədir ol iki cövhər; Ki, yoxdur onlara dünyadə salis. S.Ə.Şirvani. [Kərəmov:] Bütün dünya qurulub araq şüşəsinin...

ARAQARIŞDIRAN (ID - 1496)

sif. və is. Fitnə-fəsad salan. [Pyotr:] [Vano] bəlkə araqarışdıranlardandır, qəsdən göndərilib. S.Rəhman.

ARAQ-ÇAXIR (ID - 1497)

top. Spirtli içkilər.

ARAQÇƏKƏN (ID - 1498)

is. 1. Araq çəkməklə məşğul olan adam.
Araq çəkmək üçün cihaz, alət və s.

ARAQÇI (ID - 1499)

is. dan. 1. Araqçəkən, araq hazırlayıb satan adam.
Çox araq içən, içkilərdən ən çox arağı sevən adam.

ARAQÇIN (ID - 1500)

is. [ər. ərəq və fars. çin] Qiymətli parçadan, çox vaxt tirmədən və s.dən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi, təsək. [Xortdan:] Restoran sahibi də başında araqçın, döşündə döşlük...

Bu səhifə dəfə baxılıb

Bağla